“Virus epidemiyasına yoluxan insan antibiotik içməklə sağala bilməz”
Həkim, yaman öskürürəm...
08:51 02.03.2018
Arxiv
801
“Bizim bəzi üzdəniraq həkimlərimiz əlinə kağız-qələm alan kimi antibiotik yazır”
“Virus epidemiyasına yoluxan insan antibiotik içməklə sağala bilməz”
“Virus epidemiyasına yoluxan insan antibiotik içməklə sağala bilməz”
Bu il payız-qış mövsümündə Bakı şəhəri və rayonlarda əhali arasında kəskin respirator virus infeksiyaları sürətlə yayılıb. Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev "1 mart İmmunitet günü”nə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, uşaq və böyüklər arasında sürətlə yayılan bu virus insanların həftələrlə qızdırmalı olmasına səbəb olur. Xəstəliyin uzun müddət davam etməsi onun pnevmaniyaya keçməsinə də səbəb olur. S.Musayev hesab edir ki, insanların anibiotiklərdən tez-tez istifadə etməsi onların belə viruslara daha tez yoluxmasına səbəb olur.
Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov virusa yoluxan şəxslərə antibiotik qəbul etməyi tövsiyyə edən həkimlərin tibdən anlayışı olmadığını deyib. Onun sözlərinə görə, antibiotiklər bakteriyalara qarşı istifadə edilən dərman preparatıdır:
"Virus epidemiyasına yoluxan insan antibiotik içməklə sağala bilməz. Mənə bəzi xəstələr müraciət edir ki, çox pis öskürürəm, bəlkə bir setriakson alım. Niyə? Axı nə vaxtdan setriakson viruslara təsir edir. Öskürək virus mənşəli xəstəlikdir və virus əleyhinə olan iynə-dərmanlardan istifadə olunmalıdır. Anaferon, viferon, erqoferonun köməyi ilə virusmənşəli xəstəliklərdən azad olmaq olar. Orqanizmdə bakterial mühit olmadıqdan sonra həkimlərin antibiotik yazmasının məntiqi izahını tapa bilmirəm. Elə həkimlər var ki, xəstəni tam müayinə etmədən və ya onun vəziyyətini nəzarətdə saxlamadan ona antibiotik yazırlar.
Mən antibiotik təyinatının qəti əleyhinəyəm. Bəzən də insanlar özbaşına, aptekdən oranın işçisinin məsləhəti ilə antibiotiklə müalicəni seçirlər. Bu da böyük səhvdir. Antibiotiklərlə müalicə sətəlcəm, irinli infeksiyalar, travmalar zamanı təyin olunur. Heç bir kitabda yazılmayıb ki, bronxit xəstəliklərində antibiotiklərdən istifadə etmək olar. Ancaq bizim bəzi üzdəniraq həkimlərimiz əlinə kağız-qələm alan kimi antibiotik təyin edir. Daha düşünmürlər ki, bu dərmanlar insanların həyatında qalıcı iz buraxa, onların sağlamlığını təhlükə altına ata bilər.
Antibiotiklərdən yersiz və çox istifadə immun sisteminə də zərbə vurur. Bədənin müqavimətini azaltmaqla yanaşı, növbəti dəfə antibiotikdən istifadənin belə effekti olmur. Artıq antibiotikə qarşı mikroblarda dayanıqlıq yaranır.
Hansısa bir naşı həkimin səhv təyinatına görə, orqanizmdə bioloji mühit pozulur. Mədə-bağırsağın florası bərpa olunmayanda da insanlar disbakteriozdan əziyyət çəkir”.
Ş.Məmmədovun sözlərinə görə, həkimlərin kimə gəldi antibiotik təyin etməsinin səbəbi də firmalarla işləməsidir.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət