Professor ölkəmizdəki xəstəxanalarda sanitar durumun normal olduğunu bildirib
Hələ ki, ölüm faktı qeydə alınmayıb
20:50 21.02.2018
Arxiv
478
İnfeksiyalar daha çox cərrahi klinikalarda olur
Professor ölkəmizdəki xəstəxanalarda sanitar durumun normal olduğunu bildirib
Professor ölkəmizdəki xəstəxanalarda sanitar durumun normal olduğunu bildirib
Səhiyyə Nazirliyinin Baş epidemioloqu, professor İbadulla Ağayev bildirib ki, xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində əldə edilmiş mühüm nailiyyətlərə baxmayaraq, bu infeksiyalar hələ də əksər dünya ölkələrində, o cümlədən respublikamızda səhiyyənin aktual problemlərindən biri olaraq qalmaqdadır. Onun sözlərinə görə, Azərbaycan xəstəxanadaxili infeksiyaları ləğv etməyə çalışır.
İ.Ağayev qeyd edib ki, Azərbaycanda xəstəxanadaxili infeksiyalara qarşı aparılan profilaktik və əksepidemik tədbirlərin bu sahə üzrə dünya praktikasında tətbiq edilən sanitar qayda və normativlərə, o cümlədən, müasir standartlara uyğun təkmilləşdirilməsi ölkə səhiyyəsi qarşısında duran mühüm vəzifələrdən biri hesab edilir: "Əsas odur ki, həmin infeksiyalar epidemioloji həddi aşmayıb. Bu gün ölkədə ən böyük xəstəxanalarda belə xəstəxanadaxili infeksiyalardan ölüm faktı qeydə alınmayıb. Əgər belə hadisə baş versə, Azərbaycan səhiyyəsi bununla mübarizə aparmaq iqtidarındadır. Xəstəxanalarda hər gün dezinfeksiya işləri aparılır”.
Baş epidemioloqun sözlərinə görə, Azərbaycanda xəstəxanalarda olan tibbi avadanlıqlar dünyanın inkişaf etmiş ölkələri ilə eyni səviyyədədir. Müxtəlif vasitələrdən istifadə edilməklə yoluxucu xəstəliklərə qarşı dezinfeksiya tədbirləri tarix boyu aparılıb. Sonradan isə dezinfeksiya tədbirləri daha da təkmilləşdirilib, o, bir elm sahəsi kimi öyrənilib.
Xəstəxanadaxili infeksiyalarla bağlı "Şərq”ə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, infeksiyalar daha çox cərrahi klinikalarda olur. Buna baxmayaraq ölkəmizdəki xəstəxanalarda sanitar durumun müsbət olduğunu deyən professor bu sahədə xeyli işlərin görüldüyünü, müasir tibbi avadanlıqların mövcudluğunu da diqqətə çatdırıb:
"Cərrahi klinikalarda əməliyyatlar daha çox olduğu üçün müxtəlif infeksiyaların olduğu da qaçılmazdır. Amma bu gün xəstəxanalarımızda maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində xeyli işlər görülür, avadanlıqlar, özəl sektorlar və onların daxilində daha müasir texnikalar mövcuddur.
Hava-damcı yolu ilə yayılan infeksiyalarla bağlı məsələ ciddi olaraq qalır. Hansı ki, bu gün əhali arasında kəskin respirator xəstəliklər çoxalmaqdadır. Hazırda hər 2-3 adamdan biri xəstədir. Xüsusilə tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xeyli insanlar var”.
A.Qeybullanın sözlərinə görə, yaxşı olardı ki, televiziyalarda insanlara maarifləndirici tövsiyələr verilsin: "Çünki çoxları gedib özbaşına antibiotiklər alıb vurdururlar. Bu da onların səhhətində sonradan neqativ izlər buraxır. Bu cür xəstələr həkimə müraciət etməli, vaxtında lazımlı tədbirlər görülməlidir ki, ağırlaşmalar olmasın. Bu istiqamətdə mühüm işlər aparılmalıdır.
Epidemioloji situasiyanın dəyərləndirilməsinə gəldikdə isə, Azərbaycanda daha çox təsadüfən edilən infeksion xəstəliklər keçən kəskin respirator xəstəlikləridir. Məsələn, qrip xəstəliyini qeyd edə bilərik. Amma vərəmin sayı da yetərlidir. Vərəm də hava-damcı yolu ilə keçən infeksiyalardandır.
Karantin infeksiyaları ilə bağlı hələlik bütün dünyada durum qənaətbəxşdir. Lakin ölkəmizdə bununla bağlı hazırlıq işləri nə vəziyyətdədir, onu demək çətindir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region
Venesuelada zəlzələ qurbanlarının sayı artır
14:30 19.07.2026
Dünya
Masazır sakinləri narazıdır: Camaatı istidə işıqsız qoyublar!
13:57 19.07.2026
Cəmiyyət
İlin sonuna kimi bu, lazımsız olacaq – Mask elan etdi
13:24 19.07.2026
Texnologiya
Tramp İordaniyada iki amerikalı əsgərin ölümünə münasibət bildirib
13:08 19.07.2026
Dünya
“Azərsilah”ın poliqonlardan birində yanğın hadisəsi baş verib
12:52 19.07.2026
Hadisə