Həmməruzəçilər iyunun ortalarında Azərbaycana səfər edəcəklər
20:13 23.05.2016
Arxiv
712
Elman Məmmədov: “Onların ölkəmizə hansı məqsədlə gəldikləri bilinmir. Rəhbərləri nə tapşırıq verəcək, onun əsasında müşahidələr aparacaqlar”
"Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsində Azərbaycanla bağlı müzakirələr çox konstruktiv keçdi”. Bu barədə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. O qeyd edib ki, Azərbaycan üzrə məruzəçilər Stefan Şennak və Sezar Preda 5-9 aprel tarixlərində Azərbaycana faktaraşdırıcı səfərin yekunları ilə bağlı məruzə ilə çıxış ediblər:
"Müzakirələrdə Ermənistan nümayəndə heyəti məruzənin içərisində əks olunmuş Azərbaycan torpaqlarının işğalı ilə bağlı məqama müdaxilə etməyə cəhd göstərdi. Lakin həm mənim çıxışım, həm də bəzi komitə üzvlərinin Azərbaycan torpaqlarının işğal altında olması faktının heç kim tərəfindən şübhə altına alına bilməyəcəyi haqda fikirləri bu cəhdləri heçə endirdi. Ümumi şəkildə məruzə qəbul olundu. Qərara gəlindi ki, Monitorinq komitəsinin həmməruzəçiləri iyun ayının ortalarında Azərbaycana bir də səfər etsinlər. Onlar həm Azərbaycanda gedən proseslərlə bir daha tanış olacaq, həm də 90 saylı seçki dairəsində səsverməni müşahidə edəcəklər”.
Qərarı şərh edən millət vəkili Elman Məmmədov "Şərq”ə söyləyib ki, faktaraşdırıcı missiya Avropa Şurasının bizə olan münasibəti və onlara verilən tapşırıqlar əsasında tənzimlənir: "ATƏT-in faktaraşdırıcı missiyası bir neçə dəfə bölgədə olub. Gəlib müşahidələr aparıb. Müəyyən məsələləri aşkar ediblər. O vaxt biz məsələ qaldırmışdıq ki, ərazilərimizdə qeyri-qanuni məskunlaşdırılmalar aparılır, radiokativ tullantılar basdırılır, narkotik maddələrin əkilib-becərilməsi və daşınır, silah alveri aparılır, terrorçu qruplar düşərgə salır. Faktaraşdırıcı missiyanın müşahidələri zamanı dediklərimizin əksəriyyəti təsdiqini tapdı. Ancaq nəticəsi olmadı. Onların ölkəmizə hansı məqsədlə gəldikləri bilinmir. Rəhbərləri nə tapşırıq verəcək, onun əsasında müşahidələr aparacaqlar. Əlbəttə, çox istəyirik ki, ölkəmizə qarşı qərəzli olmasınlar. Ədalətli, obyektiv münasibət sərgiləsinlər. Amma onlar həmişəki kimi qərəzli mövqedə dayanıb, işğalçının tərəfini saxlaya bilərlər. Ermənistanın törətdikləri təcavüz faktlarını və vəhşilikləri görməzdən gələ bilərlər. Ümid edirik ki, Avropa Şurası ədalətli olacaq. Müşahidə etdiklərini olduğu kimi yazacaqlar. Hər şey hesabatlarının nəticəsi açıqlananda müəyyənləşəcək”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi