Həmsədrlər oktyabrın 7-də gələcəklər




ATƏT-in Minsk qrupu həmsədrləri oktyabrın 6-da İrəvana səfər edəcəklər.

Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, vasitəçilər Azərbaycana oktyabrın 7-də gələcəklər.

"Həmsədrlər regiona prezidentlərin görüşünü müzakirə etmək üçün gəlirlər". - deyə E. Məmmədyarov qeyd edib.