Həmsədrlər Qarabağa dair məsləhətləşmələr aparacaq

Vasitəçilər sentyabrın 8-də Moskvaya toplaşacaqlar



Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu həmsədrləri növbəti məsləhətləşmələr keçirəcəklər.

APA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məsləhətləşmələrin sentyabrın 8-də Moskvada keçiriləcəyini bildirib. O bildirib ki, görüşdə Qarabağ nizamlanması ilə bağlı aktual məsələləri müzakirə olunacaq: "Mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların reallaşdırılmasının gedişatına xüsusi diqqət yetiriləcək”.

M. Zaxarova əlavə edib ki, söhbət mütəmadi olaraq Vaşinqton, Paris və Moskvada keçirilən məsləhətləşmələrdən gedir. O qeyd edib ki, bu görüşün əsas məqsədi üç ölkənin Qarabağ nizamlanması ilə bağlı səylərinin koordinasiyasıdır.