“Həmsədrlər vasitəçilik missiyasını yerinə yetirmək iqtidarında deyil”
07:41 01.11.2018
Arxiv
845
"23 ildir Minsk Qrupu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir, yaxud istəmir”.
Bunu "Sherg.az”a açıqlamasında "Sülh və Münaqişələrin” Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, hər üç həmsədr ölkə vasitəçiliyə zidd olaraq işğal olunmuş ərazilərimizdə separatçılarla əməkdaşlıq edən şirkət və bələdiyyələrə göz yumur:
"Bu birbaşa aparılan danışıqlar prosesinə zərbə vurur və həmsədrlərin vasitəçiliyini heçə endirir. Hazırda münaqişənin həlli ilə bağlı ikitərəfli danışıqlar Ermənistanda davam edən siyasi böhranla əlaqədar müvəqqəti dayanıb. Hesab edirəm ki, həmsədrlər üzərinə götürdüyü vasitəçilik missiyasını yerinə yetirmək iqtidarında deyil. Çünki ABŞ-la Rusiya arasında siyasi-hərbi böhran hökm sürür. Ona görə də tərəflərin təklifləri qəbul edilmir. Hesab edirəm ki, Minsk Qrupunun formatı dəyişməlidir. Yaxud da indiki formatdan imtina edilməlidir.
Deputatlar çox düzgün qeyd edirlər. Məsələ ondadır ki, Azərbaycanın bu formatdan çıxması danışıqlardan imtina kimi dəyərləndirilə bilər”. M.Əsədullazadə bildirib ki, rəsmi Bakının işğalçıya qarşı hərbi təzyiqləri artırması həm danışıqları intensivləşdirər, həm də həmsədrlərin Ermənistana təsir etməsinə gətirib çıxarar. Son aylar ABŞ-ın müəyyən dərəcədə münaqişənin həllində maraqlı olduğunu görürük. Rusiya buna qısqanclıqla yanaşır. Göründüyü kimi, diplomatik danışıqlarda iki ölkə ayrı-ayrı siyasi baxışlara malikdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya