"Həmsədrlərin diplomatik turizmi davam etdirilir" - Deputat

Asim Mollazadə :"Həmsədrlərdən gözləntim odur ki, uşaq qatillərinin əməllərinə obyektiv qiymət versinlər”


"Həmsədrlərdən gözləntim odur ki, uşaq qatillərinin əməllərinə obyektiv qiymət versinlər”.

Bunu Sherg.az-a ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilin sonunda prezidentlər arasında yüksək səviyyəli görüşün təşkili üçün öz kömək təklif etməsinə münasibət bildirərkən millət vəkili Asim Mollazadə deyib. 

O xatırladıb ki, Ermənistanın təcavüzkar siyasəti davam edir və Azərbaycanın torpaqları hələ də işğal altındadır:

"Lakin buna hüquqi müstəvidə qiymət verilmir. Yenidən müəyyən formada diplomatik turizm davam etdirilir, görüşlər təşkil olunur. Lakin heç bir nəticəsi yoxdur. Çünki Ermənistan status-kvonun dəyişdirilməsi, işğal olunmuş ərazilərin qaytarılması üçün heç bir addım atmır.

Danışıqların mövzusu bir məsələ olmalıdır: Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi. Təəssüf ki, bunu həyata keçirə bilməyən həmsədrlər sadəcə nəticəsiz danışıqların təşkil edilməsi ilə məşğul olurlar”.

Aysel Aslan