İnsanlarda bu cür davranışların vərdiş halı aldığını deyən sosioloq Əhməd Qəşəmoğlu "Şərq”ə bildirib ki, cəmiyyətimiz sözügedən məsələlərdə etinasızlıq göstərir.
Hər ağızda bir avaz, hər aptekdə bir qiymət...
14:02 08.09.2017
Arxiv
741
Əhməd Qəşəmoğlu: "Apteklər dərmanı kefləri istədiyi qiymətə satdı və əhalidə bununla bağlı bir vərdiş formalaşdı. İnsanlar sanki belə hallara öyrəşdilər və bunu qəbul etdilər "
İnsanlarda bu cür davranışların vərdiş halı aldığını deyən sosioloq Əhməd Qəşəmoğlu "Şərq”ə bildirib ki, cəmiyyətimiz sözügedən məsələlərdə etinasızlıq göstərir.
"Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılara fərqli qiymətlərlə satışı qadağandır.
İstehlakçılara dərman alarkən qiymətlərə diqqət yetirməyi, dərman vasitələrinin dövlət tərəfindən təsdiq olunmuş qiymətlərdən fərqli qiymətlərlə satışı halları ilə rastlaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur.
Maraqlıdır, Nazirliyin rəsmi müraciətindən sonra vətəndaşlar dərman vasitələrinin qiymətindəki problemlərlə bağlı müvafiq nömrələrlə əlaqə saxlayacaqlarmı? Nəzərə alsaq ki, cəmiyyətimizin mental əlamətlərindən biri insanların haqqlarını tələb etməməsidir. Əhalinin çox hissəsi bu cür halları ciddi qiymətləndirmir və yaxud məsələnin həllinin mümkün olmadığı üçün aidiyyatı qurumlara üz tutmaqan vaz keçirlər.
İnsanlarda bu cür davranışların vərdiş halı aldığını deyən sosioloq Əhməd Qəşəmoğlu "Şərq”ə bildirib ki, cəmiyyətimiz sözügedən məsələlərdə etinasızlıq göstərir. Ona görə də, məsələ həllini tam olaraq tapmır. Sosioloqun sözlərinə görə, insanların haqlarını tələb etməməsinin bir səbəbi də onların problemin həllinə inamsız yanaşmalarıdır:
"Bu yaxınlarda apteklərin birindən qiyməti o qədər də baha olmayan dərman aldım. Amma həmin dərmanı məcburən 4 aptekdən soruşmalı oldum. Çünki üstümdəki pul 50 manat idi və xırdam yoxuydu. Hər 4 aptek axtardığım dərmanı qəpiyinə qədər eyni qiymətə satırdı. Bunun özü mənim üçün maraqlı bir fakt oldu. Ona görə ki, qabaqlar belə olmurdu. Hər aptek bir qiymət deyirdi.
Ümumiyyətlə, həyat tərzimiz elədir ki, biz müxtəlif qiymətlərin olmasına buna vərdiş etmişik. Sanki bunu adi hal kimi qəbul edirik. Cəmiyyətimizdə öz haqqımızı tələb etmək kimi bir mədəniyyət hələ ki formalaşmayıb. Məsələnin bu həddə çatmasına səbəb belə hallar çox olmasıdır. Hətta sovet döründə belə bu istiqamətdə işlər gedirdi. İnsanlar hər zaman qəpiklərinə qədər tələb edirdilər. Neçə illər keçdikdən sonra isə özbaşınalıq oldu.
Apteklər dərmanı kefləri istədiyi qiymətə satdı və əhalidə bununla bağlı bir vərdiş formalaşdı. İnsanlar sanki belə hallara öyrəşdilər və bunu qəbul etdilər. Həmdə insanlar fikirləşir ki, məsələyə ciddi yanaşmağın heç bir xeyri yoxdur. Çünki əhali elə situasiyaya ciddi reaksiya verir ki, həmin problemin həlli mümkün olsun. Uzun müddət gördülər ki, heç bir xeyri yoxdur. Ona görə də belə hallara fikir vermədilər. Bunun özü çox ciddi göstəricidir. Əhalinin bu məsələdə məsuliyyətli davranması vacibdir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
11:35 25.09.2026
Gündəm
Dövlət qulluğu sahəsində yeni meyarlar müəyyənləşir
11:25 25.09.2026
Aktual