Hər gün pəncərənin qarşısında durub, tortunu gözləyir -FOTOLAR

Norveçin Aurland qəsəbəsində yaşayan 80 yaşlı Mette Kvamı hər gün bir xüsusi dostu ziyarət edir. Norveçin məşhur xəbər kanalı "NRK”ə danışan qadın son üç ildir bir maralın onu pəncərədən ziyarət etdiyini söyləyir.
Hər səhər və günorta vaxtı maral  Mettenin evinə gəlir. Mette, "Pəncərəmin qarşısında dayanıb məndən çörək istəyir” deyir. İndi maralın adı belə var. Mette ona "Flippen” adını verib. Maral bir də tort yeməkdən ötrü "ölür". Tanış olmaları isə çox maraqlı olub. Maral tez-tez evinin ətrafında dolanırdı və bir gün qadının pəncərəsinə doğru tullanıb. Qadın da ona yemək verib. Mette və ən yaxşı yoldaşı olan maral Flippen, indi Norveçdə çox tanınır. Aurlanddakı ovçular Flippeni ovlamamaq üçün çox diqqətli davranırlar. Mette, "Aprel ayında dağa köç edir və noyabr ayında geri gəlir. Həmişə tək başına olur. Pəncərənin qarşısında durub, tortunu gözləyir” dedi.