Hər məktəb üçün 100000 manatlıq qrant imkanı
06:05 01.03.2018
Arxiv
999
2018-ci il üzrə elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi ilə əlaqədar maarifləndirici görüş təşkil olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki 42 nömrəli tam orta məktəbdə keçirilən görüşdə İdarənin əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Görüşdə məlumat verilib ki, Təhsil Nazirliyi tərəfindən elan olunmuş müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və müvafiq təhsil ocaqlarında çalışan pedaqoji işçilər qatıla bilər. 9 mövzu üzrə təşkil olunan müsabiqədə iştirak etmək üçün www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədlər sistemə yüklənməlidir. Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Hər iki kateqoriya üzrə layihələrin icra müddəti 3-12 aydır. Fevralın 14-dən martın 5-dək qəbul edilən layihələrin icrasına aprelin 15-dən başlanacaq. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ ümumi təhsil müəssisələri kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır.
Görüşün sonunda məktəb direktorlarını və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou