"Heydər Əliyev həmişə ümidləri doğruldub" - Spiker



"Azərbaycanın dövlət müstəqilliyi Heydər Əliyevin sayəsində qorunub saxlanılıb”.

"Sherg.az" xəbər verir ki, bunu Milli Məclisin Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən təntənəli icalsında spiker Oqtay Əsədov deyib.

MM sədri bildirib ki, Heydər Əliyev həmişə ona bəslənən ümidləri doğruldub:

"1990-cı illərin əvvəllərində hərc-mərclik ölkəni uçuruma aparırdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövləti xilas oldu, inkişaf yoluna qədəm qoydu. 1993-2003-cü illərdə həyata keçirdiyi işlər miqyasına görə insanı heyrətə gətirir.Ölkə daxilində möhkəm ictima-siyasi sabitlik təmin edildi. Azərbaycanın xoşbəxt gələcəyi naminə Heydər Əliyev siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir, bu belə də davam edəcək”.