Hövsanda iki şagirdin damarını kəsməsi intiharla bağlı deyil
23:52 06.12.2017
Arxiv
746
“Məktəblərin qarşısında internet klublarının, kompüter oyunlarının fəaliyyət göstərdiyi obyektləri bağlamaq lazımdır”
Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nəriman İsmayılov ötən həftə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlara aydınlıq gətirib. Direktor müavini deyib ki, söhbət intihardan getmir. İki uşaq öz aralarında zarafatlaşıblar, qollarında cızıq əmələ gəlibsə, bunu intihar kimi qiymətləndirmək olmaz.
Hadisənin məktəbdən kənarda baş verdiyini vurğulayan N.İsmayılov cızıqların kəsici alətlə kəsildiyini təkzib edir: "Uşağın qolunda cızıq da ola bilər, futbol oynayanda ayağı gipsə də düşə bilər. Özümüzü sığortalamaq üçün hadisə baş verən gün məktəb rəhbərliyi, məktəbin psixoloqu və tibb bacısı ilə birgə araşdırma apardıq, 5-ci sinifdən başlanmış 11-ci sinfə qədər bütün şagirdləri yoxladıq. Tibbi ekspertiza da təsdiqlədi ki, hadisənin intiharla əlaqəsi yoxdur”.
Qeyd edək ki, 76 saylı orta məktəbin 6-cı sinif şagirdlərinin "Mavi balina” adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsdikləri iddia olunur.
Məktəb direktorunun sözügedən açıqlaması ictimaiyyət tərəfindən birmənalı qarşılanmadığı üçün məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədova müraciət edib, münasibət öyrəndik. Ekspertin sözlərinə görə, orta məktəblərdə pedaqoji tamlıq müəllim-şagird-valideyn üçbucağı tam şəkildə bərqərar olduqda keyfiyyətli fəaliyyət göstərmək mümkündür: "Əsasən də şagird-müəllim münasibətləri normal vəziyyətdə olsa, şagirdlər arasında neqativ hallar ciddi şəkildə azalar. Təlimdə keyfiyyətin əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən "müəllim-şagird” münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır.
Təhsil islahatlarının tələblərinin yerinə yetirilməsində, ilk növbədə, müəllim özü dəyişməli, təlimin yeni texnologiyalarını bilməli, yeni proqram və dərsliklərdən, fənn kurikulumunun tələblərindən irəli gələn dəyişiklikləri tətbiq etməyi bacarmalıdır. Yeni metodlardan istifadə zamanı müəllim şagirdlərin idraki fəallığına, müstəqil düşünmə qabiliyyətinin inkişafına nail olur. İş prosesində müəllim-şagird münasibətlərinin düzgün qurulması, şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir.
İnformasiya texnologiyalarının inkişafı nəticəsində demək olar ki, 4500 orta məktəbdə təhsil alan 1.6 milyon şagirdin böyük əksəriyyətinin son model mobil telefonu var. Düzdür, valideynlər ilə əlaqə saxlamaq üçün bu çox vacibdir. Lakin valideynlər şagirdlərin istər mobil telefonlarına, istərsə də kompüterlərinə ciddi şəkildə nəzarət etməlidir”.
K.Əsədov deyib ki, məktəblilərlə bağlı bu kimi xoşagəlməz hallara rast gəlməsin deyə, məktəblərin qarşısında internet klublarının, kompüter oyunlarının fəaliyyət göstərdiyi obyektləri bağlamaq lazımdır:
"Orta məktəblərdə psixoloqlar fəaliyyət göstərir. Onlar mütəmadi olaraq şagirdlər arasında psixoloji testlər keçirməlidir. Psixoloji test göstəriciləri xoşagəlməz olan şagirdləri xüsusi nəzarətə götürmək və onlar üçün profilaktik tədbirlər həyata keçirmək, söhbətlər aparmaq lazımdır.
Məktəb direktorları şagirdlərin asudə vaxtlarının səmərəli istifadə edilməsi üçün zəruri tədbirlər planı hazırlayıb məktəbin UBR və digər kadrlarını cəlb etməklə onları nəzarətdə saxlamalıdır. Təəssüflər olsun ki, bizim məktəb direktorları öz fəaliyyətini ancaq məktəb daxilində görür. Şagirdlərin 11 il ərzində bütün həyat və fəaliyyətini ciddi şəkildə nəzarətdə saxlamaq lazımdır.
Şagirdlər dərsdən sonra məktəbin yaxınlığında yerləşən kompüter oyunları olan obyektlərə gedirlər. Onlar bu məkanlarda yaş və psixoloji durumlarının uyğun olmayan, şiddət, qorxu, təhlükəli epizodları olan oyunlar oynayırlar. Hər saniyəsi ölüm saçan bu oyunlar şagirdlərin psixologiyasına ciddi şəkildə təsir göstərir. Hesab edirəm ki, aidiyyəti dövlət orqanları məktəblərin yaxınlığında belə obyektlərin fəaliyyətinə imkan verməməli və şagirdlərin həmin yerlərə daxil olmasına qadağa qoymalıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
17:03 21.09.2026
Ölkə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya