İcra başçısı sakinlərin evini sökdürür: Əraziyə texnika yeridildi




Gəncənin Nizami rayonunda sakinlər evlərinin icra hakimiyyətinə məxsus texnikalarla sökülməsi təhlükəsi ilə qarşı-qarşıya qalıb.

"Sherg.az"ın məlumatına görə, bu barədə BAKU.WS-ə sakinlər məlumat verib.

Onların sözlərinə görə, ötən gün Nizami rayonunun icra başçısı Nizami Hacıyev "Bayan” küçəsinin sakinləri ilə görüşüb və bildirib ki, sənədsiz evlərin hamısı söküləcək.

"İcra nümayəndələri bizə deyirlər ki, 4 sot torpağı sənədləşdirmək üçün 2500-3000 manat ödənilməlidir. Əks halda evlər söküləcək”, - deyə sakinlər iddia edirlər.