İki ailə küçənin ortasında bir-birini al-qana bələdi - FOTOLAR

Türkiyənin Konya şəhərində  qonşu olan iki ailənin arasında naməlum səbəbdən dava düşüb.
Birmərtəbəli  evlərin damlarına çıxan qonşular bir-birlərinə daş, kirəmit, şüşə atıblar. Prospekt tamamilə döyüş meydanına dönüb. Təxminən 200 polisin müdaxiləsində, bibər qazından istifadə edilərək tərəflər uzaqlaşdırılmağa çalışılıb. Evlərin şüşələri sındırılıb.
Polis insanları çətinliklə də olsa evlərinə göndərə bilib. Məhəllədəki təhlükəsizlik tədbiri davam edir.
Turan