İki il it sanıb bəslədi, amma ayı çıxdı...

Çinin Yunnan bölgəsində yaşayan Wang Kayui adlı şəxs, iki il əvvəl bir vyetnamlıdan iki it balası aldı.
İtlər böyüdükcə bəzi fərqliliklər görsə də, bu vəziyyətin itlərin cinsindən qaynaqlandığını düşündü və çox ciddiyə almadı. Ancaq, itlər qarınlarını doydurmaq üçün toyuqları öldürməyə başlayan zaman həqiqətən bir qəribəlik olduğunu düşündü. Wang Kayui heyvanların "Asiya Qara Ayısı” olduğunu öyrəndikdə şok yaşadı.