İki uşaq anası “yoxa çıxdı”: “Bakıya sevdiyi şəxsə görə qaçıb” - FOTO
15:42 02.04.2021
Arxiv
648
Lənkəran rayonunun Hirkan kənd sakini, 28 yaşlı Qardaşova Şəlalə Şaddıq qızı itkin düşüb.
Ş.Qardaşovanın dayısı oğlu Həsən Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iki azyaşlı uşağı olan Şəlalə martın 27-i saat 18:00 radələrində yaşadığı evdən çıxıb.
“Taksi çağıraraq Bakıya gedib, 20 yanvarda düşüb, sonra isə hara getdiyi bilinmir”, - deyə o bildirib.
Ailənin iddiasına görə, Ş.Qardaşova həyat yoldaşı Anar Qardaşov onu döydüyü və əziyyət verdiyi üçün evdən qaçıb: “Martın 25-də Şəlalə anasının yanına gəlib və Anarın onu incitdiyini, buna görə də qaçacağını deyib. Anası isə ona uşaqları olduğunu xatırladaraq evinə qayıtmasını tapşırıb. Onlar münaqişəli ailə olublar, əri Anar mərc oyunları oynayıb, pulunu orada batırırmış. Ailənin 6 və 7 yaşlarında iki övladı var, 13 ildir evlidirlər”.
Ş.Qardaşovanın əri A.Qardaşov isə iddialarla bağlı açıqlamasında deyib ki, həyat yoldaşı ilə münasibətləri qısqanclıq zəminində pozulub. O iddia edib ki, xanımı paytaxta sevdiyi şəxsə görə qaçıb: “Qardaşının, ailəsinin qorxusundan qaçıb. Şəlalə gedəndən sonra telefonunda bir neçə nömrə tapdıq. Polis əməkdaşları həmin nömrələrlə əlaqə saxladı, amma bildirdilər ki, Şəlalə onların yanında deyil.
Onu Bakıya aparan sürücü deyir ki, Şəlalə onun telefonu ilə Kamran adlı şəxslə danışıb. Həmin şəxs ona “1 manatlıq” taksilərin yanında düşüb gəlməyi məsləhət bilib. Sürücü ilə həm polis, həm də mən danışmışam. O deyir ki, Şəlalə onunla deyil. Mən də polisə dedim ki, cinayət törədən şəxs onsuz da özü etiraf etmir”.
Anar Dadaşov arvadı Şəlaləni döymədiyini bildirib: “Onun üçün burada, kənddə şəhər həyatı yaratmışdım. Əgər mən onu döymüşdümsə, gedib anasıgildə qalardı, polisə şikayət edərdi.
Mərc oyununu da öz puluma oynayıram, arada 2-3 manat hesaba qoyuram. İndi tapılsın, boşanacağam, daha nə edəcəyini özü bilər”.
Ş.Dadaşovanın itkin düşməsi ilə bağlı polisə müraciət edilib, axtarışlar aparılır. Onu görənlərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verməsi xahiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət