İkili standartlar siyasəti Qərbin özünə qarşı çevrilir

Qərbin dünyanın müxtəlif ölkələrində separatizmə laqeyd münasibəti, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünə etnizasızlıq göstərilməsi, işğalçıya, separatçı qüvvələrə münasibətdə ikili standartlardan çıxış etməsi artıq öz fəsadlarını verməkdədir. 
İspaniyanın Kataloniya bölgəsində uzun illər davam edən separatçı hərəkatın ölkənin ərazi bütövlüyünü sual atında qoyması məhz ikli standartlar siyasətinin Qərbin özünə qarşı çevrilməsinin açıq təzahürüdür. 
Avropa Parlamentinin hazırkı sədri Antonio Tayani Kataloniyada müstəqilliklə bağlı referendumu qanunsuz adalndırsa da, yaranmış böhranın Katalnoiyanın separatçı hakimiyyəti və İspaniyanın mərkəzi hakimiyyəti arasında həll edilməli olduğunu deyir. Avropa Parlamentinin sədr müavini, Avstriya "Yaşıllar "Partiyasının sədri Ulrike Lunaçek isə Kataloniyanın müstəqilik təşəbbüslərini dəstək ifadə edən bəyanatla çıxış edir. Görünür, Qərbin bəzi dairələri Kataloniyada baş verənlərdən də nəticə çıxarmır. Separatizimin Avropada daha geniş vüsət almasında və Avropa İttifaqında dezinteqrasiya meyillərinin güclənməsində, qurumun dağılmasında maraqlıdır. 
Belə qətiyyətsiz, çox zaman separatçılara haqq qazandıran münasibətin nəticəsi olaraq Şotlandiyanın Böyük Britaniyadan ayrılması, Belçikanın linqvistik prinsiplə Valloniya və Flarandiyaya bölünməsi artıq zaman məsələsidir. İspaniyanın Valensiya, Qalisiya və Bask vilayətlərində, Böyük Britaniyanın Uels vilayətində, İtaliyanın Padaniya adlandırılan şimal ərazilərində, Siciliya və Sardiniya adalarında, Fransanın Breton, Elzas, Provans və Korsika vilayətlərində də separatizm meyilləri kifayət qədər yüksəkdir. İş o yerə çatıb ki, Polşanın Sileziya, Çexiyanın Moraviya kimi dominat etnosla eyni dildə danışıb, eyni tarixi bölüşən vilayətlərində də separatizm meyilləri müşahidə olunur. Yalnız Avropada deyil, ABŞ-ın ispandilli və qaradərili əhalinin çoxluq təşkil etdiyi ştatlarında, eləcə də tarixən Konfederasiyaya daxil olmuş cənub ştatlarında separatizmin qarşısını hələ ki yalnız güclü ordu və xüsusi xdimətə malik federal hakimiyyət ala bilir.
Baş verənlər onu göstərir ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalıdır. Dünya birliyi, xüsusən Qərbin aparıcı ölkələri ikili standartlar siyasətinə son qoymalı, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, separatçı rejimlərlə hər cür əlaqələri, onların dəstəklənməsini dayandırmalıdır.
Dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü qeyd-şərtsiz dəstəklənməlidir. İspaniyadan ayrılmaq üçün referendum keçirən separatçı Kataloniya vialyətində polislə toqquşmalar zamanı xəsarət alanların sayı 850 nəfərə yaxındır. Aparıcı Qərb agetliklərinin səhifələrini ispan polisinin səsverməyə gedən Kataloniya sakinlərini rezin güllələrə "qonaq” etməsi, dəyənəklə, atlarla, su şırnaqları ilə dağıtması səhnələri bəzəyir. 2011-ci ildə Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda, Fransada 2014-cü ildə su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən birinin döyülərək öldürələndə, Almaniyada 2010-cu ildə Ştutqartda 400 nəfər nümayişçi vəhşicəsinə döyüləndə belə "fotosesesisyalar”ın şahidi olmuşuq. Qərb demokratik dəyərlərə münasibətdə də "Avropa standartları”ndan deyil, ikili standartlardan çıxış edir. 
Avropa və ya ABŞ-da mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi zamanı toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobudcasına tapadanır. Lakin söhbət digər ölkələrdən gedəndə "Avropa dəyərləri”, demokratiya, liberal hüquqlar yada düşür. Bu da həmin analyışların əslində təzyiq vasitəsi kimi istifadə olunduğunu sübut edir. Avropada əməl edilməyən "dəyərlər”lər Azərbaycan kimi demokratiya yolu ilə inkişaf edən dövlətlərə qarşı kampaniya aparmaq üçün istifadə olunur. Bütün bunlara görə, bəzi Qərb dairələrin Azərbaycana, digər ölkələrə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və təzyiq məqsədilə süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasından başqa bir şey deyil. Bu illər ərzində avropalılar Ermənistanın işğalçılıq siyasətini və qondarma "DQR”-ın separatçılığını "xalqların öz müqəddəratını təyinetmə” adlandırırdılar. Nəyə görə indiki halda Kataloniya referendumunu bənzər ifadələrlə bəzəmirlər?! Siyasi xristian klubları Avropanın tərkibində baş verən parçalanmanın, separatçılığın, bölücülüyün qarşısını almaq üçün dəridən-qabıqdan çıxırlar. Halbuki, Azərbaycan da Avropa siyasətinin tərkib hissəsi olmasına baxmayaraq, uzun illərdir məhz bu faktoru onlara anlatmağa çalışıb. Bir məqamı da diqqətə çatdıraq ki, ermənilər açıq şəkildə Kataloniyadakı referenduma dəstək göstərirlər. Çünki ortada separatizm deyilən amil mövcuddur. Lakin ermənilərin separatçılığa dəstəyi Avropanın siyasi mərkəzlərinin referendumun nəticələrini qəbul etməməsi ilə üst-üstə düşmür. Bu da ermənilər üçün tərs sillə effektini verir.
Millət vəkili Sahib Alıyev deyib ki, Kataloniyada baş verənlər Dağlıq Qarabağdakı separatçı rejimin mövqelərini daha da möhkəmləndirəcək. Deputatın sözlərinə göər, Kataloniya katalonların torpağıdır, onlar ora Dağlıq Qarabağdakı "hay”lar kimi gəlmə deyillər: 
"Verilən reaksiyadan görünür ki, Kataloniyanın müstəqilliyini kimsə tanımayacaq və əslində hazırda keçirilən refendum daha çox orada yaşayanlara vergi güzəştlərinin edilməsi üçün bir təzyiq xarakteri daşıyır. Ən əsası isə Qərbdəkilər görürlər ki, Kataloniyada baş verənlər artıq separatçılığa yol açan nəsnələrin aradan qaldırılmasının qaçılmaz olduğunu ortaya qoyur. Çünki, Ermənistan kimi monoetnik dövlətləri çıxmaq şərti ilə separatçılıqdan heç kimin sığortalanmadığı açıq-aydın ortadadır. Fikrimcə, bəzi beynəlxalq normalara yenidən baxılacaq ki, torpaq bütünlüyü və öz müqəddaratını təyin etmə məsələlərində hazırda mövcud olan ziddiyyətlər tam aradan qaldırılsın”.
Millət vəkili Bəxtiyar Əliyev isə bildirib ki, Kataloniyada separatçıların müstəqillik istəməsi düşünülmüş ssenaridir: 
"Bu hadisə dünyada gedən proseslərin istiqamətini dəyişmək məqsədi güdür. Müəyyən dairələr, qüvvələr var ki, separatizmi dəstəkləmək vasitəsilə dünyanın yenidən bölüşdürülməsi və bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu da qətiyyən yol verilməsi mümkün olmayan bir məsələdir. Çox təəssüflər olsun ki bu, beynəlxalq qurumların ikili standart siyasətlərinin nəticəsidir. İstər BMT-nin, istər ATƏT-in, istər Avropa İttifaqının, xüsusən də AŞPA-nın ikili yanaşmasının nəticəsidir ki, artıq Avropada biz parçalanmanın, separatizmin şahidi oluruq. Bu proseslər gələcəkdə çox boyük fəlakətlərə gətirib çıxara bilər. Bu proseslərin qarşısı təcili alınmalı və separatistlərə qiymət verilməli, onlara qarşı sanksiya və təzyiqlər tətbiq olunmalıdır”.
İsmayıl