İlahiyyat İnstitutunda keçid balı endirildi - Bu ixtisaslarda oxumaq istəyənlərin NƏZƏRİNƏ!
07:14 16.08.2018
Arxiv
604
Azərbaycan İlahiyyat İnstitutu islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə boş qalan yerlərə tələbə qəbulu elan edir.
Bu haqda "Sherg.az"a İnstitutdan bildirilub.
Yüksək ixtisaslı islamşünas və dinşünas mütəxəssislərin hazırlanacağı Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir.
İnstitut öz tələbələrinə ingilis, ərəb, klassik ibrani, sanskrit, klassik yunan, latın, rus və fars dillərini öyrənmək imkanı verir. Bütün xarici dillər 4 inkişaf istiqamətində - oxuma, dinləmə, danışma, yazma istiqamətlərində tədris ediləcək. Eyni zamanda, Aİİ tələbələrinə beynəlxalq mübadilə proqramları (Erasmus, Mevlana və s.) vasitəsilə Avropa, Amerika və Şərq ölkələrində təhsil almaq, dövlət xətti ilə magistratura və doktorantura pillələrini xarici ölkələrdə davam etdirmək imkanı yaradacaq.
Aİİ – də tələbələr din, tarix, fəlsəfə, dil, ədəbiyyat və digər elmlərə dair Azərbaycan, ərəb, türk, ingilis, fars və rus dillərində 12 mindən çox kitabdan istifadə etmək imkanına sahibdirlər. Kitabxanada kompyuterlərlə təchiz edilmiş geniş oxu zalı və dərslik tələbatının maksimum təminatı üçün açıq rəf sistemi mövcuddur. İlahiyyat İnstitutu islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə məzun olacaq tələbələrin işlə təminatına şərait yaradacaq. Belə ki, İnstitutdan məzun olacaq tələbələr dövlət qulluqçusu, din xadimi, tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərə billəcəklər. Bütün bunlarla yanaşı, tələbələr aylıq təqaüd, yemək və geyimlə də təmin olunacaqlar.
Qeyd edək ki, üçüncü ixtisas qrupu üzrə imtahan verən abituriyentlər İslamşünaslıq ixtisasına qəbul olmaq üçün 15–16 avqust tarixlərində Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
İslamşünaslıq ixtisası üzrə təhsil almaq istəyən abituriyentlər dünyagörüşü səviyyəsinin və bu sahəyə maraqlarının müəyyənləşdirilməsi məqsədi ilə yaradılmış Psixoloji Komissiyada müsahibədən keçməlidirlər. Dövlət İmtahan Mərkəzinin yaratdığı Dini-Psixoloji Komissiyanın tərkibinə ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İnstitutun əməkdaşları daxil edilib. Müsahibədə abituriyentlərin psixoloji vəziyyəti və yaradıcı təfəkkür imkanlarının xüsusi metodika yolu ilə yoxlanılması nəzərdə tutulub. Müsahibə zamanı habelə abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri, "İslamşünaslıq” ixtisasına uyğunluqları, xüsusilə gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarığı, xitabət və natiqlik qabiliyyəti qiymətləndiriləcək.
Valideynlərin və abituriyentlərin çoxsaylı müraciətləri nəzərə alınaraq DİM Aİİ - ə minumum keçid balını 150 bala endirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm
Xalq artisti Aleksandr Şarovski vəfat edib
10:03 09.09.2026
Mədəniyyət