İlhamiyyə Rza ANS-dən getməyindən danışdı: ''...''şpaqat'' açan deyiləm"
13:46 24.05.2016
Arxiv
424
Aparıcı İlhamiyyə Rza ANS telekanalından ayrılmasının səbəblərini açıqlayıb.
O, xeber365.com-a müsahibəsində gedişini telekanalın reytinq tələbi ilə əlaqələndirib:
"Reytinq tələb edilir və buna görə də mən ANS-i tərk edirəm. Verilişin reytinqi heç də aşağı deyildi. Bütövlükdə kanalın reytinqi düşəndə avtomatik bütün verilişlərin reytinqi düşür. Mən düşünmüşdüm ki, reytinq bəhanə və meyarları ilə yanaşılmayacaqsa, mən burda işləyə bilərəm.
Və bu barədə mənə zəmanət verildi. Əslində özüm də bilirdim ki, ictimai-siyasi məzmunlu verilişin taleyini reytinqlə həll etmək düzgün deyil. Amma zamanla məlum oldu ki, ANS bu formatda çox davam edə bilməyəcək.
Reklamlar azalır, şirkətin pul qazanmaq imkanları azalır və sairə. Ümumiyyətlə, reytinq və kommersiya fəaliyyətini yalnız o zaman "iqnor” etmək olar ki, sən bütün hallarda dövlət dotasiyasındasan maliyyələşirsən. Belə deyilsə, kommersiya qaydalarına tabe olmalısan.
Bütün hallarda bu, ANS-in özünün həll etməli olduğu məsələdir. Mənə ancaq dolayısı ilə aid ola bilər. Belə ki, burda məndən reytinq tələb etməsi ANS-dən getməyimə səbəb oldu. Düzü, mənə "get” deyən olmadı, sadəcə mənə reytinqin aşağı olmasını deyəndə, mən də onların başqa aparıcılar aramaqda sərbəst olmalarını bildirdim, özüm də namizəd kimi Tofiq Abbasovun da adını çəkdim.
Onun peşəkarlığına şübhəm yoxdur. Amma bilmirəm, reytinq gətirəcək ya yox. Çünki nə o, nə də mən reytinq naminə şpaqat açmayan jurnalistlərdənik. Bütün hallarda mən layihəyə də, ANS-ə də uğurlar arzu edirəm. Necə deyərlər yola davam. Başqa televiziya layihələrində yenidən çalışmağım istisna deyil".
Qeyd edək ki, İ.Rza növbəti aydan etibarən "Nəzər nöqtəsi” verilişinə aparıcılıq etməyəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya