« İlin İşgüzar Xanımı» Müstəqil Milli Mükafatının təltifetmə mərasimi...- Foto

Martın 6-da "Romans Palase" restoranında Mətbuat firmasının təsis etdiyi « İlin İşgüzar Xanımı» Müstəqil Milli Mükafatının təltifetmə mərasimi keçiriləcək.
"Sherg.az" xəbər verir ki, tədbirdə il ərzində uğur qazanmış dövlət qulluqçuları, siyasi və ictimai xadimlər, mədəniyyət, jurnalistika, televiziya, tibb, təhsil və bir çox digər sahələrdə fəaliyyət göstərən xanımlar diplomlar, xüsusi priz və hədiyyələrlə təltif olunacaq.
Mərasimin təşkilatçısı və aparıcısı Sədaqət Rəşidqızı bu il də il ərzində işgüzar fəaliyyətləri ilə seçilən Azərbaycanın tanınmış xanımlarının bu mükafata sahib olacağını bildirib. Tədbirin sponsorlarından olan "X Lady" butik , "Halal Nemət Min Bərəkət" şirkətinin Maslo Dobroe yağlarıdır. Azərbaycanın müxtəlif sahələrində fəaliyyətləri ilə seçilən xanımların təşkilati dəstəyi "Azərsun" Holdinq və "Orli " servis şirkəti tərəfindən həyata keçiriləcək.
Xatırladaq ki, hər il ənənəvi olaraq keçirilən tədbirdə bu günə qədər bir çox Azərbaycanın ziyalı, işgüzar xanımları, siyasətçiləri, elm və incəsənət xadimləri, millət vəkilləri mükafatlandırılıb.
Tahirə