İmtahandan kəsilən abituriyentlərlə necə davranmalı ? - Psixoloqdan tövsiyə





Xəbər verdiyimiz kimi, dünən Sumqayıt şəhərində sayca ikinci intihar hadisəsi baş verib. Məlumata görə, 2001-ci il təvəllüdlü Rüstəmov Faiq Fuad oğlu 14 mərtəbəli binanın damına çıxaraq özünü atıb. Hadisə nəticəsində dünyasını dəyişən F.Rüstəmov Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olub.  Xatırladaq ki, mərhum abituriyent ötənlərdə keçirilən 2-ci ixtisas qrupu üzrə imtahan verərək uğurlu nəticə əldə edə bilməyib və bu səbəbdən də intihar edib. Gəncin üzərindən coğrafiya fənninə aid test toplusu, 20 qəpik pul və eynək tapılıb.

Məsələyə münaisbət bildirən psixoloq Azad İsazadə "Sherg.az"a açıqlamasında qeyd edib ki, belə arzuolunmaz hallar hər qəbul imtahanından sonra təkrarlanır: "

"Uşaqların bu addımı atmasına bir çox səbəb var. Həmin səbəblərə həm özünün pisixologiyası, həm ailənin təsiri, həm də cəmiyyətin qeyri-obyektiv müdaxiləsi daxildir. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, mənim uşağım kəsilib, qonşunun uşağı qəbul olsa, bu, mənim üçün biabırçılıqdır. Uşaq iki il universitetə qəbul olmaq üçün hazırlaşır. Həmin iki il onun üçün böyük bir xroniki stressdir. Uşaq hər gün hazırlıqlara gedir. 

Hazırlıqların birindən çıxıb digərinə yollanır. Onun boş vaxtı olmur. Bu uşağın beyinində toplanır. Bununla da uşağın emosiaları, əsəb sistemi pozulur. İstədiyi nəticəni alınmayanda sösüz ki, onda neqativ reaksiya baş verir. Bununla bir mənalı şəkildə mübarizə aparmaq lazımdır. Birinci ailə və cəmiyyətin təzyiqi ilə uşaqda belə bir fikir formalaşdır ki, universitetə qəbul olmasam,həyat mənim üçün bitir. Mən atamın, anamın, qohumlarımın, qonşuların yanında biabır olacam. Abuturiyentlər qəbul olmayanda yaşamağın mənasız olduğunu düşünür. Amma bu, çox səhv fikirdir. Təəssüf ki, biz bununla hər il qarşılaşırıq. 

Bunlar hər il olub, yenə də olacaq. Çünki buna qarşı heç kim, praktiki olaraq heç nə etmir. Buna qarşı real bir addım atmır. Uşaqları pisixoloji hazırlamaq lazımdır. Abuturiyentlər qəbul qabağı mənim yanımda çox olur. Onlarda bir çox problemlər olur. Ailələr bu cür məqamlarda uşaqlarının yanında olmalıdır. Onların bu vəziyyətə düşməsinə icazə verməməlidir. Abuturiyent o həddə çatır ki, ona verilmiş ikinci şansı gözləyə bilmir. 

O bir müddət səbr edib, bu prosesi yenidən başlamağa hazır olmur. Uşağın fiziki və intelektual gücü  bitir. Bununla da onlar artıq yaşamaq istəmirlər. İntihar etməklə ozlərinə təsəlli tapırlar. Bu fikirdə olan insanda ilk növbədə məntiq pozulur. Məntiq pozulması nəticəsində qeyri-obyektiv qərar qəbul edirlər. Nəticə isə belə olur”.

Kənan Eynuroğlu