İnsanlar evlərində olacaq krandan pivə içə biləcək

Belçikanın De Halve Maan adlı içki şirkəti Brugge şəhərində şəhər infrastrukturuna yeni boru da əlavə edir. Yeni sistem sayəsində insanlar evlərində olacaq krandan pivə içə biləcək.
Bir neçə il əvvəl şirkətin sahibi Xavier Vanestenin belə bir iddiası var idi və bunun 4.5 milyon avroya başa gələcəyini açıqlamışdı. Nəhayət Bruggenin bu borusu hazır olmaq üzrədir və gələn həftədən etibarən açılacaq. (pahoo.az)
Saatda 20 km sürətlə 1500 qallon pivə daşınacaq borudan gələn içki üçün qeydiyyatdan keçən şəhərlilər var. Şirkət bu şəkildə 300.000 avro pul toplayaraq xərclərin bir hissəsini qarşılayıb.
De Halve Maan şirkəti şəhər sakinlərinə qızıl(€ 7.500), gümüş(€ 800) və bürünc (€ 220) olmaqla üç paket təklif edir.