İntiharlar niyə cavanlaşır? - Psixoloq izahı
09:51 27.03.2017
Arxiv
687
"İntiharların başlıca səbəbi maddi çətinliklər, sosial vəziyyətin aşağı olmasıdır".
Bunu Sherg.az-a son günlər intiharların artması barədə danışarkən psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, maddi çətinliklər elə problemlərə gətirib çıxarır ki, insanlar intihar etmədən bunlardan can qurtara bilməyəcəklərini düşünür:
"Bu çətinlikləri yaşayan insanlarla uzun müalicədən, danışıqlardan sonra fikrindən daşındırmaq mümkün olur. Ümumilikdə, sosial çətinliklərə görə, intihar etmək istəyənlər arasında gənclər üstünlük təşkil edir.
Əslində insan psixologiyasına görə, konkret bir məsələnin üzərində dayanmaq olmur ki, intihara təhrik edən problemi dəqiq bilək. İntihara doğru getmək depressiyaya düşmüş bir insanın bədənində gedən psixi pozğunluqdur. Həmin proses intihara doğru aparırır. Digər tərəfdən iradə zəifliyinə qayıdırıq. İnsanın iradəsi zəif olduğundan problemlərə daha tez təslim olur, düşünür ki, intihar edib canını qurtaracaq. Amma güclü insan intihar etməz, mübarizə aparmağı üstün tutar. Güclü insan rahatlıqla intihara cəhd etməz".
Hazırda insanların psixi durum dəyişikliyində "yaz depressiyası" adlanan vəziyyətin hökm sürdüyünü diqqətə çatdıran psixoloqun sözlərinə görə, bu dövrdə insanlarda biporial depressiyalar həddən artıq çoxalır:
"Biporial depressiya müəyyən bir müddətdə insanlarda depressiyanın artması və azalması deməkdir. Həmin depressiyanın qalxması intihara təhrik edə bilir. İnsanlar bu vəziyyətə düşür, müəyyən vaxt aqressiv davranışlar sərgiləyir, hər adi hadisələrə görə əsəbləşir, dava-dalaşa səbəb olurlar. Artıq sonradan onlar özünə qapanır, heç kimi görmək istəmir, həddən artıq passiv olurlar. Bu da, depressiyanın artmasından qaynaqlanan psixoloji vəziyyətdir.
Hər bir insanın çətin anı olur. Amma hər çətinlikdə intiharı yox, çətinliyə güc gəlməyi düşünmək lazımdır ki, intihar sizdən uzaqlaşsın. Bunu özünüz bacarmırsınızsa, kömək olacaq insanlara müraciət edin. Hər bir çətinliyin arxasında intihar bizlərlə gizlənpaç oynayır. Asanlıqla tapılıb intiharı qalib etməyin. Elə gizlənin ki, sizi tapa bilməyib, intizarda qalsın, əlacsız olub, sizdən əl çəksin. Amma intihar edəni də qınamayaq, səbəbini bilmədiyimiz halda".
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi