İqtisadçı deputat işbazları ittiham etdi: “Dolların dəyəri düşsə də...”





Milli Məclisin iclasında iqtisadçı deputat Əli Məsimli manatın dollara nisbətdə ucuzlaşmasından söz açıb. 

Sherg.az –ın xəbərinə görə, millət vəkili manatın bahalaşdığını, dolların ucuzlaşdığını söyləyib:

 "Bu yaxşı haldır. Amma məni narahat edən odur ki, dolların dəyəri düşsə də, ərzaq məhsullarının qiymətləri gün-gündən qalxır. Burda qanunauyğunluq pozulur”. Deputat məsələ ilə bağlı monopolistləri ittiham edib: 

"Qiymət bahalaşması Azərbaycan dövlətinin qarşıya qoyduqları hədəfə ziddir. Mən dəqiq məlumatlar bildirirəm ki, manat bahalaşsa da yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə qalxır. Manat ucuzlaşıb dollar bahalaşanda işbazlar bəhanə gətirirdilər ki, bu onlara ciddi zərbə olur, ona görə qiymət artımına gedirlər. Bəs indi nə baş verir? Bu məsələyə ciddi müdaxilə edilməlidir. Düşünürəm ki, təcili tədbirlər görülməlidir. Əhalinin yaşayış durumunu daha da ağırlaşdırmaq olmaz”.

Anar