İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edəcək



 İqtisadiyyat naziri Şahin Mustafayev sabah Göygöldə Gəncə, Daşkəsən və Göygöl rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dən etibarən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (daxili 21-05) və (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256-13-78; (050) 395-91-97, elektron poçt ünvanı: arzu.haciyev@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və Nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.