"İran Azərbaycana “böyük qardaşlıq” etmək niyyətindən əl çəkmir" - Haqqı yoxdur !
12:34 08.09.2017
Arxiv
1565
"İrandakı teokratik rejim özünü müsəlman dünyasının lideri rolunda görməkdədir. Onlar hesab edir ki, Tehran kimə dost desə, bütün müsəmanlar dost, düşmən desə gərək düşmən desin".
Bu barədə "Sherg.az"a İranın Azərbaycandan İsraildə səfirlik açmamaq tələbindən danışarkən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib. O qeyd edib ki, 1979-cu il fevral inqilabından sonra İran hakimiyyəti ABŞ və İsraili özünə düşmən elan edərək, "Amerikaya ölüm!” və "İsrailə ölüm!” şüarlarını irəli sürdü:
"O vaxtdan bəri İran hər iki dövlətə qarşı düşmənçilik siyasəti yürüdür. Ancaq beynəlxalq aləmdə baş verənlər göstərir ki, İran hakimiyyəti hər iki dövlət əməkdaşlıq etmək niyyətindədir.
Müstəqilliyini bərpa edəndən İran hakimiyyəti Azərbaycana "”böyük qardaşlıq” etmək niyyətindən əl çəkmir. Əslində İsrail və ABŞ-ı Azərbaycanla düşmən etmək istəyir.
Halbuki İrandakı hakimiyyət Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistanı heç vaxt işğalçı adlandırmayıb. Məlum münaqişə ilə bağlı bir qayda olaraq, ümumi söz yığınından ibarət bəyanat verməklə məsələni ötürşdürüb.
Azərbaycanın daxili işlərinə qarışmağa İranın heç bir haqqı yoxdur. Özünü göstərmək üçün belə din xadimləri də nəsə deməlidirmi?! Ona görə sözləri qurtaranda belə bəyanatlar verirlər".
"Azərbaycanla bağlı İranı narahat edən nədir ?" sualına gəlincə, S.Soltan söyləyib ki, İran Azərbaycanın güclü olmasından narahatdır:
"Azərbaycanın dünyəvi dövlət olması Tehranı daim narahat edir. Əl-Haşim, Şəbüstəri və başqalarının bəyantlarına baxmayaraq, Azərbaycan həm İsrail, həm də ABŞ-la münasibətlərini və əlaqələrini inkişaf etdirir. ABŞ-da olduğu kimi, gec-tez Azərbaycanın İsraildə də səfirliyinin açılacağı istisna edilmir.
Qeyd edək ki, İranın dini liderinin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi Məhəmməd Əli Əl-Haşem Azərbaycanı İsraildə səfirlik açmamağa çağırıb.
"Ölkə.Az" xəbər verir ki, bu barədə məlumatı "Farsnews" agentliyi yayıb.
İslam ölkələrinin mətbuat nümayəndələrinin Təbrizdə keçirilən görüşündə Əl-Haşem bəyan edib ki, bəzi ölkələr Azərbaycan və İranı bir-birindən ayırmağa çalışır: "Bu səbəbdən biz Azərbaycan Respublikasını düşmənin tələsindən ehtiyatlı olmağa səsləyirik".
Ayyət ƏHMƏD
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
11:35 25.09.2026
Gündəm
Dövlət qulluğu sahəsində yeni meyarlar müəyyənləşir
11:25 25.09.2026
Aktual