İran rəsmisi: "ABŞ-la müzakirələrin mənası yoxdur"
20:14 22.05.2019
Arxiv
501
ABŞ-ın İran xalqına təzyiq göstərdiyi və öhdəlikləri yerinə yetirmədiyi zamana kimi, bu ölkə ilə müzakirələrin mənası yoxdur. Trend-in məlumatına görə, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
M.Vaezinin sözlərinə görə, son günlər, əsasən 8 maydan sonra müxtəlif ölkələrin Hərtərəfli Birgə Fəaliyyət Planının qorunması və regionda qarşıdurmanın olmamasının tərəfdarı olduğu müşahidə olunur:
"Bu ölkələr Hərtərəfli Birgə Fəaliyyət Planının əhəmiyyətini nəzərə alaraq gedişatın İranın razılığını qazanmaq istiqamətində olmasını istəyirlər. Amma bu səylər İranla ABŞ arasında müzakirənin aparılması demək deyil”.
2016-cı il yanvar ayında İranın nüvə proqramı haqda İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. ABŞ 2018-ci il may ayının 8-dən bu plandan çıxdığını elan və 2018-in noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.
Hərtərəfli Birgə Fəaliyyət Planının avropalı üzvləri həmin sazişi qorumaq üçün İranla ticarətin davam etdirilməsi məqsədilə INSTEX maliyyə mexanizmini yaradıblar, lakin maliyyə mexanizminin fəaliyyəti müxtəlif səbəblərə görə gecikdirilib. İran Hərtərəfli Birgə Fəaliyyət Planının avropalı üzvlərinin öz öhdəliklərini yerinə yetirməmələrini əsas götürərək 8 may tarixində sazişlə bağlı iki öhdəliyi yerinə yetirməyəcəyini bəyan edib və sazişin tərəflərinə 60 gün müddətinə vaxt verib.
Dünyada maliyyə və bank mübadilələrinin şəffaflığına nəzarət edən FATF layihələrinin ikisi yekun şəkildə təsdiqlənib. Lakin qalan iki layihə (CFT və Palermo) İran parlamentində təsdiqlənsə də, İran Konstitusiyasına Nəzarət Şurası (Guardian council) layihəni təsdiqləməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya