İraq vətəndaşı Azərbaycanda saxlanılıb
08:19 15.12.2016
Arxiv
274
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 1 nəfər İraq vətəndaşı Ahmad Abdulhaq İsmael saxlanılıb.
DMX-dan APA-ya verilən məlumata görə, araşdırma zamanı A. A. İsmaelin İraq vətəndaşlarının təhsil adı altında xarici ölkələrə göndərilmələrini təşkil etdiyi məlum olub.
"Ahmad Abdulhaq İsmael İraqın Kərkük şəhərində fəaliyyət göstərən "Karkuk Center for Education Services” şirkətinə rəhbərlik etdiyi dövrdə İraq vətəndaşlarının təhsil məqsədilə İordaniya Haşimi Krallığı, Rusiya Federasiyası, Ukrayna, Malayziya, Hindistan kimi ölkələrə göndərilmələrini təşkil edib. 2016-cı ildən başlayaraq, Ahmad Abdulhaq İsmael həmvətənlərini aldadaraq, Azərbaycana göndərilməsini təşkil etməyə başlayıb. Ahmad Abdulhaq İsmael ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almaq adı altında 30 nəfər İraq vətəndaşının müəyyən məbləğdə ödəniş qarşılığında Azərbaycana gətirilməsini təşkil edib və onları müxtəlif ünvanlarda yerləşdirib.
Lakin həmin əcnəbilərin burada ali təhsil müəssisələrinə qəbul edilmələri üçün zəruri prosedurları yerinə yetirməyib və həmvətənlərindən dələduzluq yolu ilə aldığı küllü miqdarda vəsaiti mənimsəyib” – deyə DMX-dan bildirilib.
Qeyd olunub ki, faktlarla bağlı A. A. İsmaelin müvafiq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm