İrəli İctimai Birliyinin Alxanlıdakı erməni vəhşiliyinə dair BƏYANATI
14:12 06.07.2017
Arxiv
446
Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisi və mülki obyektlərini iyul ayının 4-də müxtəlif ölçülü odlu silahlardan atəşə tutması nəticəsində 2 nəfər 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həyatını itirib, bir nəfər Quliyeva Sərvinaz yaralanıb, mülki obyektlərə zərər yetirilib.
Öncə, həlak olan dinc sakinlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralanan Quliyeva Sərvinaz xanıma tezliklə şəfa tapmasını diləyirik.
Sherg.az xəbər verir ki, bu barədə İrəli İctimai Birliyinin Alxanlıdakı erməni vəhşiliyinə dair bəyanatında bildirilir.
Bundan başqa bəyanatda deyilir : Biz, Azərbaycan gəncliyi olaraq dünya miqyasında erməni vandalizmi və vəhşiliyinə qarşı fəal şəkildə daima mübarizə aparmışıq. Bu gün, xarici ölkələrin manipulyasiya aləti kimi istifadə etdiyi saxta bəyanatları ilə , həmçinin Dağlıq Qarabağ, Xocalı soyqırımı və qondarma Erməni soyqırımı ilə bağlı reallıqların aşkara çıxarılmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanınmasında gənclər fəal iştirakı və təşəbbüsü ilə fərqlənir.
Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq insan hüquqları, Ermənistan və Azərbaycan arasında baş verən münaqişə ilə bağlı beynəlxalq hüquq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin düşmən tərəfindən kəskin şəkildə pozulması cəbhəyanı bölgələrdə insanların öldürülməsi, mülki obyektlərə zərər vurulması ilə nəticələnir.
Ötən ilin aprel ayında cəbhə xətti boyunca atəşkəsin aramsız pozulması Azərbaycanın silahlı müdaxiləsi ilə nəticələndi, 4 gün boyunca baş verən müharibə müddətində strateji əhəmiyyətli ərazilər qaytarıldı, düşmən tərəfi böyük itki ilə üzləşdi. Bu göstərici Azərbaycanın ordu gücünün mütləq üstünlüyünün sübutu olmasına baxmayaraq, ölkəmiz münaqişənin sülh yolu ilə həll olunmasının, insan tələfatına yol verilməməsinin tərəfdarıdır.
Mövcud vəziyyətlə bağlı Ermənistan tərəfini insaların qəsdən öldürülməsinə yönəlmiş insanlığa sığmayan əməllərinə son qoyması ilə bağlı ATƏT-in Minsk Qrupunun təkidlərinə baxmayaraq düşmən öz çirkin əməllərindən əl çəkmir. Ermənistan dövlətinin, beynəlxalq humanitar hüququn və insan haqlarının ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı qəbul edən və qoşulan ölkələrdən biri olmasına baxmayaraq, dinc əhalinin bu kimi alçaq hücümlarla bilərəkdən qətlə yetirilməsi, adıçəkilən Konvensiyaya zidd hərəkət edilməsini göstərir.
Ermənistan tərəfinin bu kimi atəşkəsi pozması nəticəsində ölən azyaşlı uşaqların sayı il ötdükcə artır.Törədilmiş bu təxribatvandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.
İrəli İctimai Birliyi bəyan edir ki, Ermənistan silahlı qüvvələrinin işğaledilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin yaranmasına əsas səbəbdir. Biz beynəlxalq qurumlardan Ermənistana qarşı daha da sərt olmalarını və sanksiyaların tətbiq edilməsini tələb edirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya