İrəvanda yenidən vətəndaş itaətsizliyi MİTİNQİ BAŞLADI






Bu dəqiqələrdə Ermənistanın paytaxtı İrəvanda Yelk (Çıxış) Fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi ilə vətəndaş itaətsizliyi mitinqinə start verilib. Onminlərlə insanın Baqramyan prospekti ilə Respublika meydanının kəsişməsindən dinc yürüşə başlayan etirazlılar hökumət binasına doğru irəliləyir.

Lent.az news.am-a istinadla xəbər verir ki, mitinqə etirazçıların lideri Nikol Paşinyanın xalqa səslənişindən sonra start verilib. Mitinqin yerli vaxtla 11:00-dan etibarən başladığı və qeyri-müəyyən vaxta qədər davam edəcəyi bildirilir.


Etiraz aksiyasının keçirilməsinə səbəb kimi ölkə rəhbərliyinin küçə hərəkatı nümayəndələrinin köklü islahat tələbinin təcili şəkildə yerinə yetirilmməəsi göstərilir. Məlumata görə, hakimiyyət əvvəlki idarəetmə formasını bərpa etməyənə qədər vətəndaş itaətsizliyi mitinqləri davam edəcək.


Paşinyan bildirib ki, tələblərə nə qədər tez cavab veriləcəksə, itaətsizlik bir o qədər tez yekunlaşacaq: "Hakimiyyət bunu başa düşməlidir ki, respublikaçıların hər hansı nümayəndəsi bir daha hakimiyyət başına keçməyəcək. Əvvəlki idarəetmə quruluşuna qayıtmaq üçün konkret addımlar atılmalıdır”.