İsa Məlikov Ukraynada qəzaya düşdü
14:46 15.12.2019
Arxiv
470
Azərbaycanlı bəstəkar və musiqi prodüseri İsa Məlikov Ukraynada avtomobil qəzasına düşüb.
"Qafqazinfo" bildirir ki, hadisə dekabrın 11-də Kiyev-Odessa yolunun Krasnopilka kəndi ərazisinin yaxınlığında baş verib.
Belə ki, İsa Məlikov və onun yol yoldaşı, "Studiya Kvartal 95" layihəsinin müəllifi Aleksandr Şurun əyləşdikləri mikroavtobus qarşıdan gələn yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına aşıb.
Hadisə nəticəsində xəsarət alanların hamısı hadisə şahidləri tərəfindən şəxsi avtomobillərdə Uman Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onlar müalicələrini Kiyevdə davam etdirilər.
İnsident barədə sosial şəbəkə hesabında yazan İ. Məlikov bunları qeyd edib:
"Bu, çox qorxuludur. Çox. Və ümumiyyətlə, bu hadisədən sonra mən həyata başqa cür baxacağam. Həyat çox zərif və qeyri-stabil şeydir. Özünüzü və doğmalarınızı qoruyun. Çox xahiş edirəm...".
"Dostlar, təhlükəsizlik kəmərinizi bağlayın! Həmişə, istisnasız. Hətta 50 metr getməli olsanız belə", - Məlikov əlavə edib.
Qeyd edək ki, İ. Məlikov bir çox musiqili layihələrin ideya müəllifi, bir çox xitlərin, kinofilmlərə bəstələnmiş musiqilərin müəllifidir. Onun mahnılarını Azərbaycan estradasının ən parlaq ulduzları - Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Elnarə Xəlilova, Sevda Ələkbərzadə və başqaları ifa edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniyadan Qəzzaya mesaj: “Sizi eşidirik, haqlı idiniz”
21:18 29.09.2026
Dünya
9 bələdiyyə sədri AKP-yə keçdi - Ərdoğan nişanlarını taxdı
21:03 29.09.2026
Gündəm
Digər stansiyalarda da pulsuz gediş tətbiq oluna bilər
20:58 29.09.2026
İnfrastruktur
Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
20:50 29.09.2026
Hadisə
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region