“Maarifləndirmə effekt verməyəcək. Problemi kökündən həll etməyin yeganə yolu həmin şəbəkəni tapıb, dağıtmaqdan keçir, vəssalam!”
İŞİD dağılmayıb, şəbəkə işləyir
20:34 24.05.2016
Arxiv
752
Terrorçuların sıralarına yenə adamlar cəlb olunacaq, yeni üzvlər seçiləcək
“Maarifləndirmə effekt verməyəcək. Problemi kökündən həll etməyin yeganə yolu həmin şəbəkəni tapıb, dağıtmaqdan keçir, vəssalam!”
“Maarifləndirmə effekt verməyəcək. Problemi kökündən həll etməyin yeganə yolu həmin şəbəkəni tapıb, dağıtmaqdan keçir, vəssalam!”
İŞİD-ə qoşulmaq niyyətində olan həmyerlilərimizdən yenə xəbərlər var. Türkiyədə İŞİD terror qruplaşmasına qoşulmaq istəyən şəxslər saxlanılıb və çox sayda silah-sursat ələ keçirilib. Polis sərhəddən Suriyaya keçməyə hazırlaşan 10 nəfəri həbs edib. Onlardan 9 nəfəri xarici ölkə vətəndaşı olub. Həbs olunanlar arasında Azərbaycan vətəndaşları da olub.
Həmçinin İran, Tacikistan və Qırğızıstan vətəndaşları da Suriyaya keçməyə hazırlaşarkən saxlanılıb. Göründüyü kimi, Azərbaycanda İŞİD əleyhinə aparılan maarifləndirici tədbirlər və hüquqi tənzimləmələr heç bir effekt verməyib. Həmyerlilərimiz "cihad” sevdasından əl çəkmək istəmir. Halbuki, son aylarda bu istiqamətdə bir səngimə hiss olunur, İŞİD-lə bağlı yayılan xəbərlərdə azərbaycanlıların sorağını almırdıq. İŞİD öz təbliğatını necə qurubsa, gənclərimizi bu uçurumdan çəkib xilas edə bilmirik.
İlkin mərhələlərlə müqayisədə İŞİD-ə qoşulmaq istəyən insanların sayında müəyyən azalmalar müşahidə olunduğunu vurğulayan "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun sözlərinə görə, bunun bir səbəbi odur ki, İŞİD-ə qoşulmaq niyyətində olan insanlar artıq bu addımı atıb və hansısa yollarla sərhəddi keçməyə müvəffəq olub: "Bu mərhələ doğrudan da çox sürətlə getdi və qoşulmaq potensialında olan insanların böyük bir qismi bu addımı atdı.
Amma sonradan İŞİD-in əməliyyatları uğursuzluğa düçar oldu. Hər tərəfdən bombardman olundular. İnsanlar müəyyən qədər İŞİD-in tərkibində döyüşmək üçün o qədər də istəkli olmadılar. Çünki heç kəs uğursuzun yanında olmaq istəmir. Bütün bunlar fonunda da son zamanlar bir görüntü yarandı ki, proses artıq dayanıb. Halbuki hələ heç nə dayanmayıb və şəbəkə işlədiyi üçün davam edəcəyi də istisna deyil. Bu isə o deməkdir ki, İŞİD sıralarına yenə də yeni adamlar cəlb olunacaq, yeni üzvlər seçiləcək”.
Bu cür təhlükəli və geniş miqyas alan bir prosesin qarşısını maarifləndirici tədbirlərlə almağın mümkünsüz olduğunu vurğulayan politoloq şəbəkənin çox ciddi şəkildə təşkilatlandığını deyib: "Bu problemi kökündən həll etməyin yeganə yolu həmin şəbəkəni tapıb, dağıtmaqdan keçir, vəssalam! Bu məsələnin başqa alternativi yoxdur. Maarifləndirmənin də hər hansı bir rolu olacağını, effekt verəcəyini güman etmirəm”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya