İstanbulda dəhşəti metrobus qəzası: 19 nəfər yaralanıb





İstanbulun Bəylik düzü - Çevizlibağ Metrobus xəttində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Yenibosna-Çobançeşmə stansiyası ərazisində iki metrobusun toqquşması nəticəsində 19 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə metrobus xəttində hərəkətin iki saata yaxın dayanmasına səbəb olub.