İstanbulda polis məktəbi atəşə tutuldu







İstanbulda polis məktəbinə və maşınına silahlı hücum edilib.

Musavat.com-un məlumatına görə, Kilyos Sadullah Mermerci Ali Polis Məktəbi avtomat silahlardan atəşə tutulub.

İstanbulun Kağıthane rayonunda isə polis maşını silahlı hücuma məruz qalıb. Polisə qarşı təşkil olunmuş hər iki hücumun kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.