İsveçdə deputat seçilən 20 yaşlı azərbaycanlı tələbə
19:47 23.09.2018
Arxiv
731
Xəbər verdiyimiz kimi, azərbaycanlı gənc Vüsal Quliyev İsveçdə keçirilən parlament seçkilərində qələbə qazanıb. 20 yaşlı həmyerlimiz Haninge əyalət parlamentinə millət vəkili seçilib. O, təmsil etdiyi siyasi partiyanın ən gənc deputatıdır. Modern.az xəbər verir ki, Avropa ölkəsində deputat mandatı qazanan V.Quliyev azvision.az-ın suallarını cavablandırıb.
V.Quliyev bildirib ki, 1998-ci ildə Bakı şəhərində anadan olub. Atası İlham Quliyev və anası Aybəniz Quliyeva Zəngilan rayonunda dünyaya gəliblər. 2006-cı ildən İsveçdə yaşayır. 2015-ci ildə hakimiyyətdə olan partiyaya üzv olub. 2016-cı ildə partiyanın Haninge əyalətində Gənclər təşkilatına sədr seçilib. 2017-ci ildən isə Stokolm Universitetinin tələbəsidir: "Sosial, diplomatiya və beynəlxalq münasibətlər üzrə təhsil alıram. İsveçdə hakimiyyətdə olan Sosial Demokratlar Partiyasından Haninge əyalətindən parlamentə millət vəkili seçilmişəm. 20 yaşım var və Haninge əyalətinin fəal gənclərindən biriyəm. Həm də təmsil etdiyim partiyanın fəal üzvüyəm. Bu səbəblərdən seçkidə iştirak etdim və uğur qazandım”.
Deputat bildirib ki, seçildiyi Haninge əyalətində azərbaycanlılar da yaşayır: "Burada 13-15 azərbaycanlı ailə var... Azərbaycan mənim üçün əzizdir. Hər yay və qış fəslində Azərbaycana gəlirəm. Paytaxt Bakı və Azərbaycanın bütün rayonları hər il daha da gözəlləşir. Biz evdə Azərbaycan dilində danışırıq. Azərbaycan mənim sevimli vətənimdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm