İsveçrədə işsizlik 3 faizə düşüb




İsveçrədə işsizlik 3 faizə düşüb. 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə ölkə iqtisadiyyatı üzrə dövlət katibliyi məlumat yayıb. 

Məlumata görə, bu ilin may ayında 3,1 faiz olan işsizlik bu ay 3 faizə enib. 

Qeyd edək ki, iyunun sonunda işsizlərin sayı 133.603 nəfər olub. Bu da cari ili may ayı ilə müqayisədə 6175 nəfər azdır. 

Ayyət Əhməd