İtin hücumundan necə qorunmalı?

Bir it hücum etməyə hazırlaşırsa, ya insanlardan zərər görüb, ya da bir xəstəliyi var. Əsəbi it ilə qarşılaşanda bunlara diqqət etsəniz sizə zərər verməyəcək.
Panikaya düşməyin
İt və digər heyvanların qorxunu hiss etdiklərinə inanırlar. Sizə tərəf hürən və bağıran əsəbi bir iti görəndə, ağır da olsa sakitləşməyə çalışın.
Əgər qışqırıb qollarınızı sallarsanız və ya qaçmağa çalışsanız, bu itin sizi ov kimi görməsini təmin edər və sizə hücum edə bilər.
Yavaşlayın
Qaçarkən hücum edən it ilə qarşılaşmısınızsa, addımlarınızı yavaşladın. İtin istiqamətindən əks tərəfə doğru yavaşca yeriyərək gözucu onu nəzarət edin.
Qollarınızı iki tərəfdə bədəninizə birləşmiş tutaraq dik şəkildə durmağınız itin sizə marağını dağıdacaq.
Göz təması yaratmayın
İtin gözünün içinə baxmaq təhdid kimi qəbul edilir və bu sizə hücum etməsi üçün bir səbəb ola bilər. İti nəzarətinizdə saxlayaraq göz təmasından qaçın. Təhdid kimi qəbul etmədikdə uzaqlaşıb gedəcək.
Başını qatın
Bir şeylə itin fikrini yayındıra bilərsiniz. Yanınızda yemək varsa möcüzə olar. Yoxdursa ayaqqabı, şüşə və ya kürək çantası kimi çeynəyəcəyi bir şey ata bilərsiniz. Bu itin başını qatıb sizin qaçmağınız üçün vaxt qazandıracaq.
Əmr verin
Əgər it aqressiv davranmağa davam edirsə, göz təması qurmadan onu yönləndirin.
Getməsi üçün əmrlər verin. Səs tonuna diqqət edin, güclü və özündən əmin olmalısınız. İtlər çox kəskin səslərdən xoşlanmırlar.
Ən təsirli əmrlər isə "Xeyr" və "Geri çəkil, get" deyə ola bilər. Sərt səs tonunda şiddət ehtiva etmədən bu əmri versəniz it demək istədiyinizi anlayacaq.
Aysel Aslan