Kabildə partlayış: 70 nəfərə yaxın ölü




Əfqanıstanın paytaxtı Kabildə, parlament binası yaxınlığında ard-arda iki partlayış baş verib.

Lent.az-ın İndependent.com-a istinadən məlumatına görə, ilk partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Bir müddət sonra minalanmış avtomobil partladılıb.

Partlayış zamanı ümumilikdə 70 nəfər ölüb və 50 nəfərə yaxın adam isə xəsarət alıb.
Hücumun məsuliyyətini "Taliban” hərəkatının döyüşçüləri üzərinə götürüb.