Kabildə partlayış nəticəsində 3 polis yaralanıb




Əfqanıstanın paytaxtı Kabildə partlayış nəticəsində 3 polis əməkdaşı yaralanıb.

Trend-in məlumatına görə, bunu ölkənin DİN-in nümayəndəsi Nəcib Daniş bildirib.

Onun sözlərinə görə, hücumun hədəfi polis avtomobili olub, əldəqayırma partlayıcı qurğu işə salınıb. Daniş qeyd edib ki, yaralanan polislərin vəziyyəti stabildir.