Kameralar quraşdırılacaq

Ölkədə 2 minə yaxın məscid var



"Özüm də qrup yaradacam, axundların moizələrini izləyəcəyəm”. 
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə söyləyib. Onun sözlərinə görə, axundun hansı moizələr oxumasından xəbəri olmalıdır: "Kim bunu xırda siyasi məsələ kimi qələmə verməyə çalışacaqsa, özü bilər. QMİ rəhbəri kimi buna ixtiyarım varF.

Şeyxin qərarını şərh edən ilahiyyatçı-alim Elşad Miri "Şərq”ə söyləyib ki, moizələrin kameralar vasitəsilə dinlənilməsi absurddur: "Çünki məscidlərdəki kameralar səsli deyil, görüntü kameralarıdır. Bir də ki, şeyxin özü moizələrə qulaq asacaqsa, cümə günü onun yerinə kim moizə verəcək? Həm də o, vaxtı necə müəyyənləşdirəcək? Yoxsa, moizələri yığıb, sonramı qulaq asacaq? Ölkədə 2 minə yaxın məscid var. Hər məsciddə 20 dəqiqə moizə getsə, görün, nə qədər vaxt aparacaq. Bizim QMİ sədrinin ona vaxtı çatacaqmı? Bax, bu maraqlıdır”.

Ayyət