Kəmaləddin Heydərov Bayıldakı sürüşmə zonasında




Bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə baxış keçirib. 

"Sherg.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazir sürüşmə ərazisindəki vəziyyətlə tanış olub. Fövqəladə hallar naziri operativ şəkildə lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.