
"Kimsə bizə inanmırdı"
09:57 11.07.2016
Arxiv
971
Ronaldo: "Portuqaliyanın bu çempionluğa haqqı çatırdı"

"Çox xoşbəxtəm. 2004-cü ildən Avropa çempionu olmaq haqda düşünürdüm. Kimsə bizə inanmırdı. Uzun illər boyunca etdiyimiz fədakarlıqlardan sonra Portuqaliyanın bu çempionluğa haqqı çatırdı. Klub səviyyəsində hər şeyi qazanmışdım, tək əskiyim milli komanda ilə qazanmaq idi".
ANS PRESS-in məlumatına görə, bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo "Avro-2016"nın finalında Fransaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Klub karyerasında mümkün olan bütün titulları qazanan Kriştiano Ronaldo milli səviyyəsində ilk böyük mükafatına sahib çıxıb. Onun çıxış etdiyi Portuqaliya millisi ötən gün Avropa çempionatının finalında Fransanı yenərək, tarixində ilk dəfə kuboka sahib çıxdı.
Düzdür, Ronaldo matçın əvvəlində zədələndi və 25-ci dəqiqədə gözyaşları içində meydanı tərk etməli oldu. Buna baxmayaraq, o, komandanın finala qədər irəliləməsində əsas pay sahibi idi.
İlkin tibbi müayinədən sonra Ronaldonun sol dizinin yan bağlarının dartıldığı müəyyənləşib. Ronaldonun bərpa müddətinin bir ay çəkəcəyi bildirilir. Bununla da böyük ehtimalla o, avqustun 9-da keçiriləcək UEFA superkubokunun "Real" - "Sevilya" oyununda da iştirak edə bilməyəcək.
O, futbolçu karyerasının ən xoşbəxt anını yaşadığını vurğulayıb: "Həmişə milli ilə kubok qazanaraq tarixə düşmək istəmişəm. Təəssüf ki, bu oyunda sona kimi iştirak edə bilmədim. Ancaq komanda yoldaşlarıma inanırdım. Onlara, məşqçilərimizə təşəkkür edirəm. Bu, unudulmaz hadisədir".
Fransa ilk final oyununda komandasına qələbə qazandıran qolun müəllifi Eder "Ronaldo əlavə vaxtın fasiləsində sənə nə dedi" sualına belə cavab verib: "Qələbə qolunu mütləq vuracağıq" dedi. Sənə inanıram, qolu vuracaqsan" dedi. Mənə güc verdi".
Bu arada dizindən zədə alan Ronaldonun bir ay yaşıl meydanlardan kənar qalacağı bəlli olub. Bu müddət ərzində futbolçu zədəsinin bərpasıyla məşğul olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol