Kiyevdə Prezident adminstrasiyası önündə qarşıdurmabaş verir
20:17 01.12.2013
Arxiv
728
Maskalı şəxslər traktorun köməyi ilə binaya girməyə çalışıb
Kiyevdə vətəndaşlar Prezident adminstrasiyasını tutmağa çalışırlar. Bina qarşısına gələn polislərlə vətəndaşlar arasında qarşıdurma baş verir.
Ukrayna mediasının xəbərinə görə, Prezident Administrasiyasının qarşısında qarşıdurma davam edir.
Maskalı şəxslər traktorun köməyi ilə binaya girməyə çalışıb. Mitinqçilər polisə kərpic parçaları atıb. Xüsusi təyinatlılar gözyaşardıcı qazdan və səs bombasından istifadə edib. Yaralılar var.
Kiyevdən başqa Odessa, Simferepol və Dneprpetrovsk şəhərlərində də etirazlar davam edir.
BİR NEÇƏ BİNA ZƏBT EDİLİB
Bunu Ukrayna müxalifətinin liderlərindən biri, Svobada partiyasının rəhbəri Oleh Tyahnybok Kiyevin baş Meydanındakı çıxışında deyib. O tərəfdarlarını birgə fəaliyyət göstərməyə və təxribatlara uymamağa çağırıb.
Avrointeqrasiya tərəfdarları Prezident Administrasiyasının qarşısına yığışıb. Yerli medianın xəbərinə görə, nümayişçilər Kiyev şəhər şurasının binasına girib, Həmkarlar İttifaqının binasını zəbt ediblər.
Bundan əvvəl isə Prezident Administrasiyasının qarşısında mitinqçilərlə polis arasında qarşıdurma olduğu, atəş səslərinin eşidildiyi xəbərləri yayılıb.
Meydana yarım milyon adamın yığışdığı bildirilir.
Etirazçılar növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tələb edir.
KİYEVDƏ AKSİYAÇILAR MEYDANI TUTUBLAR
Ukraynada avrointeqrasiya tərəfdarları olan aksiyaçılar yenidən Kiyevin baş Meydanını tutublar.
Kiyev məhkəməsi dekabrın 1-dən meydanda aksiyaların keçirilməsini qadağan etmişdi.
Meydanda 120 minə yaxın adam toplaşıb.
Müxalifət meydana girən vaxt polis tələsik ərazini tərk edib. Nümayişçilər meydan boyu hasarı sökürlər. Etirazçılar növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini, daxili işlər nazirinin istefasını tələb edirlər.
Kiyevin mərkəzi meydanında Avropa tərəfdarlarının dinc aksiyası dağıdılandan sonra etirazlar şəhərin Mixaylovski meydanında davam edir. Gecə sakit keçib. Aksiya Taras Shevchenko adına parkda keçiriblər.
UDAR müxalifət partiyasının lideri Vitali Klitschko bildirib ki, Lvovdan Kiyevə 10 min adam gəlməkdədir: "Adamlar azad ölkədə yaşamaq üçün Ukraynanın bütün şəhərlərindən Kiyevə axışır”.
Kiyev məhkəməsi dekabrın 1-dən 7-ə qədər baş Meydanda etiraz aksiyalarının keçirilməsini qadağan edib.
Noyabrın 21-dən Ukraynada Avropa tərəfdarlarının hökumət əleyhinə etiraz aksiyaları keçirir. Noyabrın 30-da etirazçıları xüsusi təyinatlılar dağıdıb.
Xüsusi təyinatlıların hücumundan əvvəl aksiyaçılar prezident Viktor Yanukovych-in istefasını tələb ediblər.
Etirazçılar dəyənəklərlə döyülüb. 40-dan çox adam təcili yardıma müraciət edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 35 nəfər saxlanıb, sonradan onlar buraxılıb.
ABŞ və Avropa Birliyi rəsmiləri də dinc mitinqçilərə qarşı zorakılığı pisləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya