Körpəni son anda qurtardılar - FOTOLAR

ABŞ-ın Ohayo əyalətində bir inşaat işçisi huşsuz halda tapdığı ana və ata ilə avtomobildə qovurucu istidə ölmək üzrə olan kiçik körpələrini qurtardı.
ABŞ-ın Ohayo əyalətində 43 yaşlı Eric Asher və sevgilisi bir qadın və kişinin park sahəsində yerdə yatdıqlarını görür. Daha sonra başını digər tərəfə çevirdiyində daha qorxunc bir mənzərəylə qarşılaşır. Avtomobilin içində bir körpə vardı və hava cəhənnəm isti idi... İnşaat işçisi açıq olan avtomobildən körpəni qurtardı və dərhal su verdi. Qorxunc hadisənin gerçək üzü isə saatlar sonra ortaya çıxdı. Yerdə huşsuz halda yatan cütlük heroin komasına girmişdi. Körpə isə istiliyi 31 dərəcəyə çatam avtomobilin içindən son anda qurtarılmışdı. Hadisəni danışan Asher; "Körpəyə su verdikdən sonra dərhal 911-i axtardıq və huşsuz ana- ata dərhal təcili yardıma mindirildi. Hadisənin ardından son anda qurtardığım körpənin anası məni axtararaq təşəkkür etdi” deyib.