Kreml Paşinyana xəbərdarlıq edir
08:12 20.07.2018
Arxiv
437
Ermənistandakı rus əsgərlərinin təlimi kəndin içində keçirməsi təsadüf deyil
Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının hərbçilərinin Panik kəndində keçirdikləri hərbi təlim sakinləri əməlli-başlı vahimələndirib. Ermənilərin qorxmasının səbəbi təlimin keçirilməsi ilə bağlı onlara əvvəlcədən xəbərdarlıq edilməməsi olub.
Yaranmış problemə görə hərbi hissə komandirinin müavini Aleksey Polyuxoviç insanlardan üzr istəyib. Kəndin icra nümayəndəliyinin başçısı Vardan Makeyan bildirib ki, səs-küyə görə müharibənin başlandığını zənn ediblər: "Camaat küçəyə axışdı, insanlar huşunu itirdi. Atəş açırdılar. Yaxşı ki, döyüş gülləsi deyilmiş. Bizə xəbərdarlıq edilməməsi təhqiredici haldır. Ermənistan bunu Rusiyada etsəydi, faciə kimi qələmə verərdilər. Kənd ərazisində təlim keçirilməməlidir”. Ekspertlərin fikrincə, Gümrüdəki hərbi təlimin xəbərsiz keçirilməsi heç də təsadüfi deyil. Onların fikrincə, Kreml Ermənistanın yeni hökumətinə kiçik xəbərdarlıq etmək istəyib.
İddialarla bağlı "Şərq”ə danışan politoloq Elxan Şahinoğlu da bunun təsadüf və ya səhv olduğunu düşünmür. Onun sözlərinə görə, ola bilməz ki, Rusiya 102-ci bazada hərbi təlim keçirsin və əvvəlcədən buna hazırlaşsın, amma kənd camaatına vaxtında xəbər verməsin:
"Bu, ağlabatan məsələ deyil. Ortaya çoxlu suallar çıxır. Bunun bir çox siyasi tərəfləri, mənası da ola bilər. Ermənistana xox gəlirlər ki, bu ölkədə söz sahibi Rusiyadır. Məsələ ondadır ki, hələlik erməni baş nazir Nikol Paşinyan Moskvanı qıcıqlandıran ciddi addım atmayıb. Əksinə, Rusiyaya səfərləri sırasında Putinin sözündən çıxmaq niyyətinin olmadığını, əməkdaşlığa davam edəcəyini vurğulayıb. Buna baxmayaraq, Rusiyadakı müəyyən mərkəzlər düşünə bilərlər ki, Paşinyan Serj Sarkisyandan və Robert Koçaryandan fərqli olaraq bir qədər müstəqil hərəkət etmək arzusunda ola bilər. Məhz bu məqam Kremlin xatırlatma etməsinə gətirib çıxarar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə