"Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə insan orqanizminin yoluxması gənə dişləməsi, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir” Bu sözləri Krım- Kongo xəstəliyinin yayılma yolları və fəsadları ilə bağlı Sherg.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Krım- Kongo virusunun əlamətləri və ona qarşı tədbirlər - Professor danışır
Azərbaycana qonşu olan ölkələrdə Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib. Bununla əlaqədar səhiyyə naziri Oqtay Şirəliyev "Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Əmrə əsasən, ölkədə bu xəstəliyə qarşı profilaktik tədbirlər gücləndirilib.
Bununla əlaqədar Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin direktorlarına tapşırılıb ki, Krım-Konqo hemorragik qızdırma xəstəliyi barədə tibb işçilərinin məlumatlılığı artırılsın, şübhəli xəstələr dərhal təcrid olunmaqla, onlar barədə məlumat Respublika Taun Əleyhinə Stansiyasına verilsin, şübhəli xəstələrdən götürülmüş nümunələr oraya çatdırılsın.
"Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə insan orqanizminin yoluxması gənə dişləməsi, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir” Bu sözləri Krım- Kongo xəstəliyinin yayılma yolları və fəsadları ilə bağlı Sherg.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.21-ci əsrin virus əsri olduğunu vurğulayan tibb ekspertinin qənaətincə, virus həyatın qeyri hüceyrəvi formasıdır və onlar orqanizmdən-orqanizmə keçərkən replikasiya olunur, xassələrini dəyişirlər. Ona görə də heç bir dərman virusu hədəf kimi tanıya bilmir:
" Bu gün mövcud olan hepatit B, C, D, və.s viruslarının hər biri Hepatit A (İnfeksion sarılıq) xəstəliyinin öz formasını dəyişiməsi nəticəsində yaranan viruslardır. Bəşəriyyətdə mövcud olan çoxsaylı virusların bəziləri hava – damcı yolu ilə yoluxur, bəziləri isə qan vasitəsilə insan orqanizminə daxil olur. Yoluxucu viruslar arasında eləsi var ki, insan bədənində çox ciddi pataloji dəyişikliklər törədir. Krım-Konqo hemorragik qızdırma xəstəliyi də həmin kateqoriyaya aiddir. Hava- damcı yolu ilə yayılan bu xəstəliyin qısa müddətdə epidemiya təhlükəsi var.
Ona görə də təxirəsalınmadan profilaktik tədbirlər görülməlidir. İlk növbədə sərhəd-keçid məntəqələrində şübhəli şəxslər yoxlanılmalı və nəzarətdə saxlanılmalıdır. İnfeksiya ocağı olan ölkələrlə aviareyslər xüsusi diqqətdə saxlanılmalıdır. Əgər ölkəyə daxil olmaq istəyən hansısa xarici ölkə vətəndaşında yoluxucu virus aşkar olunarsa, həmin şəxs öz ölkəsinə qaytarılmalıdır. Ən azından virus təhlükəsi keçənə qədər trans- sərhəd zonasınını əməkdaşları ciddi rejimdə işləməlidir”.
Professorun sözlərinə görə, prosesin qarşısının alınmasında Ümumdünya Səhiyyə Təşkilatının müvafiq strukturları da iştirak etməlidir. Azərbaycan bu təşkilatın texniki imkanlarından yararlanmalıdır. Xatırlayırsınızsa, Azərbaycanda "quş qripi” virusu yayılan zaman Böyük Britaniyanın müvafiq strukturları əhəmiyyətli məsləhətlər verib, xeyli texniki yardım göndərdilər və nəticədə qısa zaman kəsiyində infeksiyanı məhdudlaşdırmaq mümkün oldu:
"Fikrimcə, ölkəmizdə Krım-Konqo hemorragik qızdırma xəstəliyinin yayılmasının qarşısını almaq üçün maksimum dərəcədə qabaqlayıcı tədbirlər görmək lazımdır. Səhiyyə nazirliyinin xəbərdarlığı nəzərə alınmalı və dövlət səviyyəsində mühüm addımlar atılmalıdır. Tədbirlər kompleks şəkildə həyata keçirilsə, bu virusun Azərbaycana keçməsinin qarşısını almaq olar.Əks halda virusun Azərbaycanda aşkarlanması xeyli problemlərə səbəb ola bilər”.
Yayılan virusların adının və xasiyyətinin necə müəyyənləşdirilməsinə gəldikdə isə A. Qeybulla deyib ki, hər bir virusun bədəndə yaratdığı fəsadlar müxtəlif olduğu üçün ayrı- ayrı adlarla təqdim olunurlar:
"Məsələn, bir qrup virus var ki, bədənə daxil olan kimi qaraciyərdə oturur və yavaş- yavaş ciyəri zədələməyə başlayır. Həmin bu qrupa da ümumiləşdirilmiş formada hepatit virusları deyirlər. Krım – Kongo virusunun isə əsas fəsadı hemorragik qızdırma törətməsidir. Kəskin infeksiyon xəstəliklər qrupuna aid olan bu virus uzun illər əvvəl meydana gəlib. Daha çox da gənələrin dişləməsi nəticəsində insan orqanizminə keçən bu viruslar həm zəhərlənmə verir, həm də daxili orqanlarda qansızmalara səbəb olur, əlin üstündə xırda- xırda qansızma ocaqları yaradır. Məhz bu səbəbdən də hemorragik virus hesab olunur”.
Sözügedən sindrom ilk dəfə 1944-cü ildə Krımda müəyyən olunduğunu deyən professor qeyd edib ki, 1956-cı ildə isə təkrardan Kongoda müşahidə olunub. Ona görə də, Krım- Kongo virusu adlandırılıb:
"Virusun əsas mənbəyində gəmiricilər, iri və xırdabuynuzlu heyvanlar, məməlilər, quşlar dayanıb. İnsanlara da həmin heyvanlar vasitəsilə keçir. Krım- Kongonu yumurta ilə keçməsi də istisna deyil.
Virus insan bədəninə daxil olandan sonra onun replikasiyası başlayır və bədəndə öz formasını yaradır. Bu zaman da onun tapılması və müalicəsi çətinlik yaradır. Bədəndə daxili qanaxmalar törədən bu virus ölümlə də nəticələnə bilir. Hətta xəstəliyə yoluxan insanların 50 faizə qədərində ölüm halları müşahidə edilir. Məhz bu səbəbdən xəstəliyin Azərbaycanda yayılmasınını və epidemiyaya çevrilməsinə şərait yaradılmamalıdır. Xəstəliyə qarşı antiviruslar olsa da, spesifik bir müalicəsi yoxdur. Ancaq gənə və siçan dişləyən şəxslər dərhal imunaqlobin və peyvəndlərdən istifadə etməklə xəstəliyə yoluxmadan qoruna bilərlər”.
Şəymən