Rusiya MN: Ukrayna dronlarının Avropada istehsal mərkəzləri var

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, pilotsuz uçuş aparatları (PUA) və onların komponentlərini istehsal edən “Ukrayna şirkətlərinin” filialları Avropanın 8 ölkəsində yerləşir.

Sherg.az xəbər verir ki, nazirliyin iddiasına əsasən, bu müəssisələr Böyük Britaniya, Almaniya, Danimarka, Latviya, Litva, Niderland, Polşa və Çexiya ərazilərində fəaliyyət göstərir.

Məlumata görə, Münhen şəhərində “Airlogix” və “Da Vinci Avia” adlı iki şirkətin filialı yerləşir. Böyük Britaniyada isə “Fire Point” (Mildenhall), “Horizon Tech” (London və Lester) kimi müəssisələrin fəaliyyət göstərdiyi bildirilir.

Baltikyanı ölkələrdə - Latviya və Litvada -“Terminal Autonomy” (Riqada) və “Kort” (Vilnüsdə) adlı şirkətlərin fəaliyyət göstərdiyi qeyd olunur.

Həmçinin Polşa və Niderlandda da iki-iki müəssisənin mövcud olduğu bildirilir. Danimarka və Çexiyada isə Ukrayna üçün dron istehsalı ilə bağlı şirkətlərin fəaliyyət göstərdiyi iddia edilir.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, bu istehsal və təchizat şəbəkəsi Ukrayna üçün pilotsuz uçuş aparatlarının istehsalı və tədarükünün genişləndirilməsinə xidmət edir.