“KTMT-yə suveren hüquq və ərazi bütövlüyümüzü sübut etmək zamanıdır” 

“Olduqca həssas bir məqamda qalib ölkənin cüzi kompromisə getməsi belə, qarşı tərəflərə cəsarətsizlik kimi görünəcək, təxribat addımlarını davam etdirmələri üçün zəmin yaradacaq”.

Bu sözləri hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.

O, məsələ ilə bağlı daha ətraflı “Sherg.az”a danışdı:


“İndi siyasi və hərbi əhəmiyyəti öz tərəfdaş ölkələrini belə, sakitləşdirmək iqtidarında və ya niyyətində olmayan KTMT-yə suveren hüquq və ərazi bütövlüyümüzü sübut etmək zamanıdır. Bu, həm də Orta Asiyada Türkiyə faktorundan sonra nümunə və ümid olacaq yeni mexanizmin formalaşması deməkdir. Əks halda, bu güc və nüfuz qarşıdurmasında biz məğlub, KTMT-nin əsas ölkələri isə qazanan, nüfuzlanan tərəf olacaq. Ya bu qarşıdurma, hərbi olmayıb, siyasi tərəfi ilə məhdudlaşsa belə, heç başladılmamalı idi, ya da başladılıbsa, hər şeyi gözə alıb qətiyyət və qalibiyyətlə bitirilməlidir”.