Kürdəmirdə ögey atanın xəsarət yetirdiyi 5 yaşlı uşaq ölüb
12:15 22.07.2018
Arxiv
429
Kürdəmirdə fermada bədbəxt hadisə baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Kürdəmir rayon sakini, 2013-cü il təvəllüdlü Murad Bayraməli oğlu Yaqubov yüksək qızdırma nəticəsində ölüb.
M. Yaqubovun anası Sevanə Böyükağa qızı Yaqubova uşağın ölümünə günahkarın qeyri-rəsmi yaşadığı ikinci əri, Kürdəmir rayon Muradaxan kənd sakini Abdulla İnqilab oğlu Abdullayev olduğunu bildirib. S. Yaqubova övladı, 2013-cü il təvəllüdlü Murad Bayraməli oğlu Yaqubov ilə Tovuz rayonundan Kürdəmir rayonuna gəlib və A. Abdullayevlə qeyri-rəsmi yaşamağa başlayıb. Uşağın dəcəl olması ögey atanın ona olan münasibətini kəskin şəkildə dəyişib. Ögey ata A.Abdullayev müxtəlif vaxtlarda uşağa zor tətbiq etməyə başlayıb və ona küt alətlə mütəmadi xəsarətlər yetirib. Bir neçə gün əvvəl fermada Muradın qızdırması qalxıb və ötən gün o, dünyasını dəyişir.
Uşağın anası Sevanə Yaqubovanın dəfələrlə uşağı həkimə aparmaq lazım olduğunu bildirsə də, ögey ata hər dəfə ona etiraz edib, uşağın müalicə və müayinəsinə imkan verməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya