Latviya XİN: Dağlıq Qarabağdakı münaqişə regionda sülhə və sabitliyə ciddi təhlükə yaradır





 Dağlıq Qarabağdakı münaqişə regionda sülhə və sabitliyə ciddi təhlükə yaradır.
APA-nın xəbərinə görə, bu barədə Latviya xarici işlər nazirliyinin bəyanatında deyilir.
"Ermənistan və Azərbaycan münaqişənin daha da genişlənməsinə gətirib çıxara biləcək hər hansı hərəkət və ya bəyanatlardan çəkinməlidirlər", - sənəddə qeyd olunur.
Bəyanatda bildirilir ki, Latviya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.